General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.
Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır. General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur. "Yenimeydan.info" baku.ws-ə istinadən hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını təqdim edir:
1. Zakir Həsənov - Müdafiə naziri
2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Vilayət Eyvazov - Daxili işlər naziri
4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
8. Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
9. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
10. Mədət Quliyev - Müdafiə sənayesi naziri
11. Ramil Usubov - Prezident yanında Təhlukəsizlik Şurasının katibi
12. Səfər Əbiyev - Eks-müdafiə naziri
13. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
14. Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri.
15. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
16. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
17. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri.