Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“70-80 yaşında insanın nə potensialı ola bilər axı?” - Vəzifədən azad edilən məmur

“70-80 yaşında insanın nə potensialı ola bilər axı?” -  Vəzifədən azad edilən məmur


“İşdən çıxmağım barədə xəbər doğrudur və bu qərarım həm təqaüdçü olmağım, həm də səhhətimdəki problemlə bağlıdır”. 



Bu sözləri Yenisabah.az-a bu gün vəzifəsindən azad edilən Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov deyib.



O bildirib ki, işdən çıxmaq barədə ərizəni hələ iyun ayında yazıb. “Sadəcə “bu gün-sabah” deyə-deyə indiyə qədər uzandı. Həm də icra başçısı dəyişdi. Yeni icra başçısı da dedi bir qədər gözlə. Nəhayət, ərizəmə baxıldı və mən işdən çıxdım. Burada sensasiya axtarmağa gərək yoxdur”, - deyə Rasim Novruzov bildirib.



O qeyd edib ki, həm təqaüdçü olduğuna, həm də səhhətindəki problemlərə görə əvvəlki enerji ilə işləməsi mümkün deyil: “Artıq yaş öz sözünü deyir. 65 yaşıma 4 ay qalıb. Həm də səhhətimdə problemlər var. Əsəb, ürək və s. Gərək səmimi olasan. Nə özünü, nə də dövlətini aldadasan. Vəzifədəsənsə, gərək işləyəsən. Bunun üçün də səhhətin imkan verməlidir, işləmək üçün ürəyində, əsəbində problem olmamalıdır. Yoxsa get baş girlət qayıt, belə olmaz. Onu da deyim ki, mənim 42 illik stajım var, onun 39 ilini dövlət qulluğunda çalışmışam”.  



Rasim Novruzov təqaüd yaşına çatmış və daha artıq yaşı olan məmurların gənclərlə əvəzlənməsini müsbət qarşıladığını deyib. “70-80 yaşında adamın potensialı tükənir axı. Bu gün işləyən adam yaradıcı olmalıdır. Cəmiyyət, dünya inkişaf edir. Bu inkişafa uyğun işləmək üçün yaradıcı olmalısan. 70-80 yaşında insanın nə potensialı, nə yaradıcılığı ola bilər axı? Onun enerjisi tükənib artıq. Amma elə sahələr var ki, orada yaşlı mütəxəssislərin təcrübəsindən istifadə etmək olar. Tutaq ki, kimsə alimdirsə və əgər onun 70 yaşında da elmi araşdırmalar imkanı varsa, qoy öz töhvəsini versin”.


Teqlər:
Bu xəbər cəmi 1290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR