Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərbaycanda cinayətlərin sayı dünya ölkələri ilə müqayisədə dəfələrlə azdır”

“Azərbaycanda cinayətlərin sayı dünya ölkələri ilə müqayisədə dəfələrlə azdır”
Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 220-yə bərabər olmaqla, əksər dünya ölkələri ilə müqayisədə faizlə yox, dəfələrlə azdır.


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışında çıxışı zamanı deyib.



Nazir bildirib ki, bu dövrdə cinayətlərin illik orta açılması 90 faizdən yuxarı olmuş, 23 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 82 mindən artıq təqsirləndirilən şəxs tutularaq istintaqa və yaxud da ədalət məhkəməsinə verilmişdir: "Əllərdə qanunsuz saxlanılan 41 min odlu silah yığılmış, onun tətbiqi ilə törədilən cinayətlərin sayı 9 dəfə azalmışdır. Həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərin nəticəsi olaraq, qeydə alınan hüquqazidd əməllərin yalnız 10 faizə qədəri ağır və xüsusilə ağır cinayətlər olmuşdur".



Usubovun sözlərinə görə, Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirmişdir: "Ötən 20 ildə cinayətkarlığa qarşı mübarizədə və daxili təhlükəsizliyin qorunmasında nümunəvi xidmətlərinə görə 662 əməkdaşımız dövlət mükafatlarına layiq görülmüşdür".



Azərbaycan polisinin yaranmasının 95 illik yubileyi ərəfəsində keçirilən tədbirdə vaxt tapıb iştirak etdiyinə, burada polis haqqında, daxili işlər orqanları haqqında dediyi dəyərli fikirlərə görə dərin təşəkkür və minnətdarlığını bildirən nazir qeyd edib ki,



1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində təsis edilmiş ilk milli polis orqanları böyük vətənpərvərliklə xalqın asayişinin, gənc demokratik respublikada dövlətçiliyin keşiyində durmuşdur. Məhz tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni "Azərbaycan Polisi Günü" elan etdi: "Cümhuriyyətin süqutundan sonrakı 70 il ərzində daxili işlər orqanları sovet dövlətinin siyasətini həyata keçirsə də, bütövlükdə böyük təcrübə qazanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.



Danılmaz həqiqətdir ki, həmin dövrdə daxili işlər orqanlarının tarixində ən mühüm mərhələ dahi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Ulu Öndərin strateji uzaqgörənliyi və böyük vətənpərvərliyi sayəsində milisin peşəkarlıq və bilik səviyyəsinin yüksəlməsinə nail olunmuşdur".



Usubov çıxışında xatırladıb ki, şəxsi heyətin milli dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə polis və sonralar isə Daxili Qoşun hissələri idi: "Bu döyüşlərdə 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər xəsarət almışdır. Göstərdikləri şücaətə və fədakarlığa görə 68 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Onu da məruzə edim ki, cənab Prezident, ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı 91 polis əməkdaşı həlak olmuş, 2221 nəfər yaralanmışdır.



Tarixi faktdır ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış mürəkkəb vəziyyət, torpaqlarımızın işğalı və separatizm şəraitində siyasi-iqtisadi böhranın dərinləşməsi, respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququnu pozması Azərbaycanı daxildən parçalayır, onun bir dövlət kimi mövcudluğunu sual altında qoyurdu.



Belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev daxili sabitliyi təmin etməklə ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi".



Nazir qeyd edib ki, həmin illərdə müstəqilliyimizin taleyi daxili sabitlikdən bilavasitə asılı idi: "Həyati vacib bu sahədə daxili işlər orqanlarının mühüm rolunu nəzərə alan Ulu Öndər milli maraqlara uyğun olaraq fəaliyyətimizin başlıca istiqamətlərini müəyyən etdi. Polisin sıraları səriştəsiz, təsadüfi şəxslərdən təmizləndi. Peşəkar kadrların irəli çəkilməsi ilə xalqa və dövlətə xidmət prinsipi təmin olundu. Ümummilli Liderin şəxsi rəhbərliyi altında hərtərəfli islahatlara başlanıldı.



Dahi öndərin 1994-cü il avqustun 9-da "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" imzaladığı Fərman ilə ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyuldu. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə odlu silah və sursat yığıldı. Yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. 1994-1996-cı illərdə bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişlərinin qarşısı alındı.



Bütün bunlarla əlaqədar ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq. Xalqımızı cürbəcür bəlalardan, dövlət çevrilişi cəhdlərindən, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik".



Usubovun sözlərinə görə, Respublikada asayişin mühafizəsi sahəsində baş verən müsbət dəyişiklikləri o dövrün cinayətkarlığının statistikası da tam aydınlığı ilə əks etdirir: "1992-ci illə müqayisədə 2002-ci ildə cinayətlərin açılması 67 faizdən 95 faizə yüksəldi. Ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər isə 13 dəfə azaldı.



Bu gün Azərbaycan haqqında danışılanda fəxr edə biləcəyimiz çox uğurlar vardır. İstisnasız olaraq, onların hamısının əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti durur. Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu barədə demişdir: "Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Dövlət quruculuğu prosesi müvəffəqiyyətlə aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır".



Həqiqətən də dövlətçiliyin ən böyük məktəbi olan Heydər Əliyev məktəbini keçdiyimiz ilk on ilin yekunları ondan əvvəlki tarixin heç bir dövrü ilə müqayisə edilə bilməz. Həmin illərdə cəmiyyətin istənilən sahəsində olduğu kimi, daxili işlər orqanlarını formalaşdıran da, möhkəmləndirən də məhz ulu öndər Heydər Əliyev olmuşdur".



Nazir qeyd edib ki, cənab İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoydu: "Lakin bu dövr də heç də asan olmadı, bir neçə dəfə respublikamızda dövlət çevrilişinə cəhd halları baş verdi. Bu antidemokratik, xalqımızı, ölkəmizi yenidən fəlakətlərə sürükləməyə cəhd cinayətlərinin qarşısı Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi, hüquq mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin Zati-aliləri tərəfindən təşkili nəticəsində alındı.



Məhz ictimai asayişin etibarlı qorunmasının məntiqi nəticəsi olaraq, cənab Prezidentin rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırıldı. Şəxsi heyətin anda sədaqətini həmişə yüksək qiymətləndirən dövlət başçısı tərəfindən daxili işlər orqanlarının da inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirildi.



Möhtərəm Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş polisin fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı əsasında struktur islahatlarının aparılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üzrə əhəmiyyətli işlər görülmüşdür.



Daxili işlər orqanlarının keçdiyi böyük inkişaf yolunun daha bir əyani təsdiqi açılışlarında, cənab Prezident, Sizin də iştirak etdiyiniz çoxsaylı infrastrukturun istifadəyə verilməsidir. Bütövlükdə, 1993-2013-cü illər ərzində ümumi dəyəri 220 milyon manat olan 223 obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılmış, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınmışdır. Həmin müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 16 sərəncam imzalanmışdır".



Usubov bildirib ki, bu gün müasir dövrün təhdid və çağırışlarına cavab olaraq insan hüquq və azadlıqlarının qorunması, hər bir əməkdaşın nümunəvi davranışı ilə cəmiyyətdə fərqlənməsi, fəaliyyətini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması, cənab Prezident, tələb və tövsiyələrinizə uyğun Daxili İşlər Nazirliyinin başlıca vəzifələri olmaqla həyata keçirilir və bundan sonra da bu, davam etdiriləcəkdir: "Bununla yanaşı, möhtərəm cənab Prezident, vətəndaşların qəbuluna və müraciətlərinə xüsusi həssaslıqla yanaşmaq barədə verdiyiniz tapşırıqlar 2004-2013-cü illərdə nazirliyin aparatında və respublikanın bölgələrində yerinə yetirilib. Bu dövr ərzində 48 min vətəndaş yerlərdə qəbul edilmiş, 277 mindən çox ərizə və şikayətə baxılmışdır. Sizin hər bir kollektivə gəlişiniz orada çalışan bütün əməkdaşlara yeni ruh, yeni qüvvə verir. Daha yaxşı işləmək stimulu, xoşbəxt gələcəyə dərin inam yaradır. Hər zaman olduğu kimi, bizə, bu gün də bayram sevinci, bayram əhval-ruhiyyəsi bəxş etdiniz. Biz xalqımızın qəlbən sevdiyi, dünya liderləri arasında sayılıb-seçilən Prezidentimizlə fəxr edirik.



Daxili İşlər Nazirliyinin şəxsi heyəti adından Zati-alinizi əmin edirəm ki, qarşımızda qoyduğunuz tələbləri və tövsiyələri böyük məsuliyyət hissi ilə yerinə yetirəcək, gələcəkdə də ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə bütün qüvvə və bacarığımızı əsirgəməyəcəyik".


Teqlər:
Bu xəbər cəmi 1530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR