Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda əlimizdə rəsmi sənəd yoxdur:
“Məhkəmənin qətnaməsini 10 günə qədər əldə edəcəyik. İstənilən halda qətnaməni qanunsuz hesab edirik”.
Vəkil Yunis Vəliyev xalq artisti Nazpəri Dostəliyevanın məhkəmə qərarından xəbərdar olmadığını da qeyd edib.
Xatırladaq ki, bu gün Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası təmin edilib. Məhkəmənin qətnaməsinə əsasən Nazpəri Dostəliyevadan İlhamə Quliyevaya vurduğu mənəvi ziyanla bağlı 50 000 AZN tutulub İlhamə Quliyevaya verilməsi qət edilib. Eyni zamanda qətnamədə qeyd olunub ki, Nazpəri Dostəliyeva etdiyi qeyri-qanuni hərəkətlərə görə İlhamə Quliyevadan üzr istəməlidir.
***
Xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya cavabı özünü çox gözlətmədi. Publika.Az-a bu barədə danışan Nazpəri xanım nə üzr istəyəcəyini, nə də 50 min manat ödəyəcəyini bildirdi:
“Məhkəmə hələ bitməyib. Qoy məhkəmə bitsin, bütün qaranlıq məsələlərə aydınlıq gətirilsin. Ondan sonra bütün həqiqətlər açılacaq və mən danışacağam. Hələ gözləyirəm”.