Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Abşeron İcra Hakimiyyətinin “R AND X” seçimi - Dövlət vəsaiti belə xərclənir

Abşeron İcra Hakimiyyətinin “R AND X” seçimi - Dövlət vəsaiti belə xərclənir


Abşeron az sayda rayonlardan və icra başçısı xanım İradə Gülməmmədova az sayda icra başçılarındandır ki, medianın gündəmindədir. Ən azı hər həftə mətbuatda bu rayonla bağlı ya yuxarı instansiyaya ünvanlanmış şikayət məktubu, ya ad hansısa tənqidi ruhlu müəllif yazısına rast gəlinir.



Şikayət və tənqidlər də ən müxtəlif səbəblərdən qaynaqlanır: Rayon ərzisində yol infasturukturunun bərbad halından tutmuş aztəminatlı bir ailənin evinin sökülməsinə qədər. (Yeri gəlmişkən, Abşeron İcra Hakimiyyətinin aparatında müxtəlif vəzifə sahibləri arasındakı “soyuq müharibə” haqqında da az yazılmayıb. Red.) Abşeronda müxtəlif layihələrlə bağlı dövlət vəsaitinin xərclənməsi ilə bağlı ziddiyətli məlumatlarla zəngin yazılar da az deyil...



Dövlətin pulu belə xərclənir

Yerlərdə dövlət vəsaitinin xərclənməsi ilə bağlı ictimai rəyin də, siyasi rəhbərliyin də mövqeyinin yumşaq desək birmənalı olmaması bəllidir. Müxtəlif ekspertlər, millət vəkilləri vaxtaşırı dövlət vəsaitinin tender xətti ilə xərclənməsində ciddi qüsurların, korrupsiya faktlarının olmasını bəyan edirlər.



Cənab prezident də məlum son iqtisadi müşavirədə problemdən narahatlığını bildirdi. Sitat: “...Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər?



Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar”.



Bu sitata yer verməyimiz təsadüf deyil. Abşeron rayonu da dövlət vəsaitinin xərclənməsi ilə bağlı “süddən çıxmış ağ qaşıq” deyil. Bu mövzuda indiyədək də müxtəlif media orqanlarında yazılar yer alıb. İndi isə bu istiqamətdə yenixeber.org-a yeni məlumatlar daxil olub.



Məlumatda Abşeron İcra Hakimiyyəti ilə "R AND X" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əməkdaşlığından və 24623 manat dövlət vəsaitinin taleyindən bəhs olunur. Xatırladım ki, Abşeron Rayon İcra Hakimiyyəti ilə "R AND X" MMC arasında 18.09.2019-cu il tarixdə Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli 9 mərtəbəli 8 bloklu yaşaşyış binasında mənzildaxili sanitar qovşaglarında kanalizasiya xətlərinin təmir işləri ilə bağl müqavilə imzalanıb. Bu müaviləyə uyğun olaraq da Abşeron Rayon İcra Hakimiyyəti 24623 manat dövlət vəsaitini "R AND X" MMC-nə köçürüb. 



Bu arada diqqəti çəkən “R AND X" MMC ilə bağlı qeyri-müəyyənlikdir. Bu şirkətlə bağlı mətbuatda da narahatlıq doğuracaq məlumatlar səslənir. Elə biz də yenixeber.org olaraq bu və digər səbəblərdən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovaya “R AND X" MMC ilə əməkdaşlıqla bağlı online sorğu ünvanladıq. İcra Hakimiyyətindən ilk gündə sorğumuza cavab verəcəklərini desələr də, nəticə olmadı. 10 günlər ötməsinə baxmayaraq bəlli olmayan səbəblərdən sorğumuz cavabsız qaldı...



Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi, müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır...



Sözügedən qanunda da nəzərdə tutulduğu kimi, bu epizodda Tender Komissiyasını yaratmaqdan tutmuş saysız səlahiyyət və öhdəliklərə malik tərəf kimi Abşeron Rayon İcra Hakimiyyəti durur...Bunun başqa adı isə dövlət vəsaiti ilə bağlı məsuliyyət yüküdür.



“R AND X" MMC ilə əlaqə yaratmaq isə rəsmən mümkünsüzdür. Saysız tenderlərin qalibi olan bir şirkətin internet üzərindən heç bir əlaqə vasitəsi yoxdur(?) Bu səbəbdən də “R AND X" MMC ilə bağlı məhdud məlumat öyrənə bildik: 23 May 2017-ci il tarixdə Bakı ş. Yasamal r. Mətbuat pr.ev 2.m 2 ünvanla qeydiyyatdan keçmiş şirkətin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğludur. Şirkətin nizamnamə kapitalı isə 10 manatdır.



Google üzərindən araşdırmamızla məlum oldu ki, Şıxıyev Rəşad İsa oğlu 2017-ci ilin iyun ayında  “Dəmirbank” ASC ilə cavabdehlərdən biri kimi məhkəmə müstəvisində kredit qalmaqalı yaşayıb...  


Teqlər:
Bu xəbər cəmi 1685 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR