Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xalqın səs verdiyi ali sənəd – 24 il bundan əvvəl

Xalqın səs verdiyi ali sənəd – 24 il bundan əvvəl
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.


“Yeni Sabah” xəbər verir ki, Konstitusiya vətəndaşların haqq və hüquqlarını zəmanət altına alan, ölkədə sabitlik və rifahı təmin edən önəmli sənəddir. 



Konstitusiyalar, yüz illər boyu vətəndaş-dövlət münasibətlərinin müəyyən çərçivəyə salınması məqsədi ilə ortaya çıxıb. Tarixən bir sıra dövlətlərdə istifadə edilən müxtəlif siyasi idarəetmə sistemləri, xalq və dövlət arasında fikir ayrılıqlarına gətirib çıxarmışdı. Tarix sübut edib ki, hüququn üstünlüyü və ya konstitusion sistemin bərqərar olmadığı dövlətlərdə, insanların təbii hüquqlarının istismar edilməsi baş verir. Konstitusiyanın olmaması  siyasi xaosa, dövlətlərin çöküşünə gətirib çıxarır. Məhz buna görə, konstitusiyanın yaradılmasının əsas məqsədi, hüquq dövlətinin yaradılmasıdır. 



Konstitusiya (constitutio —quruluş) — Dövlətin ərazisində ən yüksək hüquqi qüvvəyə malik xüsusi hüquqi sənəd, ali qanundur.   



Azərbaycan Konstitusiyası Prezident Heydər Əliyevin hakimiyyəti dövründə, xalqın iradəsinin ifadəsi, Sovet rejiminindən qurtuluşun nəticəsi kimi 1995-ci ildə 12 noyabr referendumunda qəbul edilib. 



Konstitusiya, Azərbaycanın Müstəqil Dövlət olaraq dünya dövlətləri sırasına daxil olmasının sübutu oldu. Hər bir vətəndaş öz Konstitusiya və ölkəsi ilə fəxr etməli, qanunlara riayət, hüquqi dövlət quruculuğuna doğru istiqamətlənməlidir.  



Xalqın iradəsinin nəticəsi olan Konstitusiyada, məhz hakimiyyətin mənbəyinin xalq olduğu təsdiq olundu. Və Azərbaycan xalqı öz müqəddəratını təyin etmək hüququnu referendum və seçki yolu ilə əldə etdi.     



Konstitusiyada öz əksini tapan xalq hakimiyyəti ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıları birləşdirən dəyərdir.    



Konstitusiyanın mahiyyəti 



Ölkənin həyatında Konstitusiyanın rolu danılmazdır, -ictimai həyata qaydalar gətirir, vətəndaşların dövlətlə olan münasibətlərini tənzimləyir və cəmiyyətdə insanın yerini müəyyən edir. 



Ali qanunun mahiyyəti, insanlarla dövlət arasında ilk öncə insanın maraqlarına, onun irəli getməsinə, potensialının inkişafına qulluq edən munasibətlər modelinin formalaşmasından ibarətdir. 



Konstitusiya-güclü ideoloji potensiala malikdir 



Siyasi, hüquqi ideya və dəyərlərin yayılması vasitəsi ilə cəmiyyətin həyatına təsir göstərir, dövlətin güclü özünü identifikasiya resursuna çevrilərək, beynəlxalq arena və ölkə daxilində mövqeləndiriməsinə qulluq edir.  





Konstitusiyanın ideoloji mahiyyəti kimi, ictimai şüurun formalaşdırılmasını qeyd etmək olar. Onun müddəaları özü də, ictimai şüurun bir hissəsinə çevrilməlidir, insanlar ali qanunun qaydalarına görə yaşamalıdırlar.         



Konstitusiya, dövlətin davamlı və stabil inkişafını təmin edən ən üstün normativ hüquqi aktdır



Ali qanunlar toplusu olan bu vacib hüquqi sənəd, 5 önəmli bölmədən ibarət olaraq, suveren, öz yolunu seçmiş ölkədə əsas hüquq və azadlıqlar, dövlət hakimiyyəti, yerli özünüidarəetmə, hüquq və qanunvericilik sistemi mahiyyətlərini izah edir.       



Konstitusiya, ümumi hüquq sisteminin əsasını qoyaraq, bilavasitə dövlət-hüquq münasibətllərini idarə edir. 



Konstitusiya, əsas azadlıqlar, haqq və hüquqlar, konstitusion quruluşun əsaslarının qorunması funksiyasını daşıyır. 



Konstitusiya, dövlət və cəmiyyətin strateji inkişaf məqsədlərinin, arzuolunan, hədəflənən gələcək modelini müəyyən edir.  



Ölkə Prezidenti Konstitusiyanın qarantı kimi çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyünün qorunması, demokratik, dünyəvi dövlətin qurulması, iqtisadi-sosial qaydalara uyğun, hamının layiqli həyat səviyyəsini təmin etmək istiqamətində, məqsədyönlü strateji kursun həyata keçməsinə şərait yaradır.   



İnsan haqqlarının təminatı  hakimiyyətdən asılıdır, buna görə də məhkəmə-hüquq sistemindəki islahatlar həyata keçirilməlidir ki, birbaşa Konstitusiyada təsbit edilən haqqların qorunması prosesləri güclənsin, yaxşılaşsın.     



Vətəndaşların haqları ilə yanaşı, Konstitusiya məsuliyyətləri də müəyyən edir, bu səbəbdən başqalarının haqlarına hörmətlə yanaşmalı, Konstitusiyanı bilməli və ona hörmət edilməlidir.   


Teqlər:
Bu xəbər cəmi 3840 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR