O AzadlıqRadiosuna müsahibəsində deyib ki, əgər bu qərar vaxtında qəbul edilsə idi bir sıra cinayətkarın qarşısı alınardı.
Elşad Abdullayev deyir ki, əgər onun şikayətlərinə vaxtında baxılsa idi qardaşı Mahir Abdullayevin oğurlanmasında əsas şahidləri aradan götürməzdilər.
O qeyd edib ki, bu cinayətə ona görə gec hüquqi qiymət verilib ki, istər qardaşının oğurlanması, istərsə də Gülər Əhmədovanın mandat alverinin arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev durur.
Elşad Abdullayev həmçinin məsələyə verilən hüquqi qiymətin törədilən əmələ uyğun olmadığını deyir.
O deyir ki, burda söhbət Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkarlıqdan gedir və bunun da başında Ramiz Mehdiyev dayanır.
Elşad Abdullayev hesab edir ki, bu gün daha effektli tədbirlər görülməsi üçün Ramiz Mehdiyev barəsində cinayət işi qaldırılmalıdır.
Çünki o vəzifəsindən sui istifadı edərək bu cinayətlərin törədilməsinə şərait yaradıb, onlara havadarlıq edib.
Və bu gün Azərbaycanda belə bir mütəşəkkil cinayətkar qrupun açıq-aşkar fəaliyyət göstərməsi təkcə ona yox, digər elm adamları, Azərbaycan ziyalıları, Azərbaycan tələbələri və gənclərinə qarşı bir represiyadır.
Elşad Abdullayev Gülər Əhmədovanın ittiham olunduğu maaddələrlə də razı deyil.
O hesab edir ki, burda cinayət məcəlləsinin adam oğurluğu ilə bağlı 154-cü maaddəsi tətbiq edilməli idi