"İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın".
APA-nın məlumatına görə, bu sözləri ReAL Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.O, ReAL-da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını bildirib."Mən görürdüm ki, baş verən proseslər ReAL-ı iki yerə parçalayacaqdı, iki ReAL yaranacaqdı. Mən isə bunu istəmirəm, ReAL-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim", - deyə A. Qasımlı vurğulayıb.O, İ. Məmmədovun ReAL-da avtoritar rejim qurmaq istədiyini deyib: "Bu gedişlə ReAL-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAL-da avtoritar rejim formalaşıb".A. Qasımlı siyasətdən getmədiyini, mövqeyimi dəyişmədiyini deyib.İndiki mərhələdə partiya yaratmaq fikrinin olmadığını söyləyən A. Qasımlı bununla belə, gələcəkdə hər şey ola biləcəyini diqqətə çatdırıb.Azər Qasımlı ReAL Partiyasından istefa verib.APA-nın xəbərinə görə, REAL Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçiridiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb.
REAL