Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden siyasi sığınacaq üçün Rusiyaya müraciət edib. Bu barədə məlumatı "İnterfaks" agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin Şeremetyevo hava limanındakı konsulluq məntəqəsinin növbətçi konsulu verib.
Edvard Snouden Amerika Birləşmiş Ştatlarından Honkonqa qaçıb, orada isə Mosvaya gedib. Küiləvi İnformasiya Vasitələrinin məlumatına görə, o, hazırda hava limanının tranzit zonasnıdadır.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Edvard Snouden Rusiya yalnız ABŞ əleyhinə fəaliyyətini dayandırdıqdan sonra qala bilər: "Əgər o burada qalmaq istəyirsə, bir şərt var: Edvard Snouden bizim amerikalı müttəfiqlərimizə zərər verməyə yönəlmiş fəaliyyətini dayandırmalıdır".
Bu arada bəzi Avropa ölkələrinin siyasətçiləri öz hökumətlərini Edvard Snoudenə sığınacaq verməyə çağırıblar. Almaniya "yaşıllar"ının həmsədri Klaudia Rot partiyanın parlamentdəki fraksiyasının rəhbəri Yurgen Trittinin bu barədə təklifini dəstəkdəyib. O, Edvard Snoudenə Saxarov adına mükafatın verilməsi təşəbbüsünü də irəli sürüb.
"Los-Anceles tayms" qəzetinin məlumatına görə, Edvard Snouden 15 ölkədən sığınacaq istəyib.