Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb.
Mia.az xəbər verir ki, bununla bağlı şərh vərən iqtisaçı Qubad İbadoğlu bildirib ki, 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılılıq edir: "Qeyd edim ki, cari il üçün "Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması böyük ehtimalla metroda gediş haqlarının artırılmasına hesablanmış dəyişiklikdir".
Məsələ ilə bağlı "Bakı Metropolteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a açıqlama verib. O bildirib ki, deyilənlər həqiqətə uyğun deyil: "Gediş haqqının artırılması gündəmdə deyil”.