Hörmətli dostlar!
H.Rəcəblinin dediyi sözləri tapıb oxuduqdan sonra qərara gəldim ki, ona bəzi məsələləri xatırladım.
1. SƏNİN NANKOR ADLANDIRDIĞIN BU XALQIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN BİRİNCİ HAKİMİYYƏTİ İLLƏRİNDƏ FƏHLƏLİKDƏN ŞƏKİ RAYONUNUN BİRİNCİ KATİBLİYİ VƏZİFƏSİNƏDƏK, İKİNCİ HAKİMİYYƏTİ İLLƏRİNDƏ İKİ DƏFƏ (1995, 2000) LAYİQ OLMADIĞIN MİLLİ MƏCLİSƏ DÜRTÜLMÜSƏN.
2. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN PREZİDENTLİYİ DÖVRÜNDƏ DAHA ÜÇ DƏFƏ (2005, 2010 VƏ 2015) "NANKOR XALQIN" PARLAMENTİNƏ SOXULMUSAN.
3. BƏYƏNMƏDİYİN BU XALQIN HESABINA HƏLƏ DOĞULMAYAN NƏVƏLƏRİNƏ BELƏ VAR-DÖVLƏT YIĞMISAN. HALBUKİ BU DÖVLƏT ÜÇÜN CAN QOYANLAR DÖVLƏTİNƏ SADİQ QALDIQLARINA GÖRƏ BİR TİKƏ ÇÖRƏYƏ MÖHTACDIRLAR. İŞ BELƏ TAPA BİLMİRLƏR.
4. BƏYƏNMƏDİYİN BU XALQIN PREZİDENTİ İ, ƏLİYEV CƏNABLARI 2007-Cİ İLDƏ SƏNƏ "ŞÖHRƏT" ORDENİ İLƏ TƏLTİF EDİB. AMMA TƏƏSSÜF Kİ, ÖZÜN ŞÖHRƏTLİ OLA BİLMƏDİN.
SƏN NECƏ SİYASİ ELMLƏR DOKTORUSAN Kİ, SƏNƏ BU QƏDƏR LAYİQ OLMADIQLARINI VERƏN BİR XALQA QARŞI ŞƏRƏFSİZ DÖYÜŞƏ GİRMİSƏN?
SƏNİN MƏQSƏDİN NƏDİR? SİFARİŞİ HANSI DÖVLƏTDƏN ALMISAN?
NƏDƏN SƏN VƏ SƏNİN KİMİ GİRDİRMƏ DEPUTATLAR XALQ İLƏ PREZİDENT ARASINDA UÇURUM YARATMAĞA ÇALIŞIRSINIZ?
NƏDƏN "NANKOR XALQIN" DEPUTATI OLMAQDAN UTANMIRSINIZ?
NƏDƏN PREZİDENTİN SƏDRİ İQTİDAR PARTİYASININ ADINI BATIRIRSINIZ?
HƏLƏ BU VERƏCƏYİM SUALLARIN BİR HİSSƏSİDİR.
TƏCİLİ MİLLƏTDƏN ÜZR İSTƏMƏLİSİNİZ.
Cümşüd Nuriyev, siyasi elmlər doktoru, politoloq