Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qəbələdə icra hakimiyyəti meşə ərazisini satır, Ekologiya Nazirliyi isə susur - Foto

Qəbələdə icra hakimiyyəti meşə ərazisini satır, Ekologiya Nazirliyi isə susur - Foto
Qəbələ rayonunda meşə əraziləri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən satılmaqdadır...


Rayon sakinlərinin AzToday.az-a verdiyi məlumatda bildirilir ki, Qəbələ rayon Vəndam meşəbəylinin 02 saylı dolayının 55-ci kvartalındakı meşə sahəsi fərdi evlər tikilmək üçün satılır. Qəbələ şəhərinə yaxın olan sözügedən əraziyə tamah salan məmurlar arasında İcra Hakimiyyətinin baş memarı Abdulxalıqov Təbriz Hüseyn oğlunun xüsusi fəallıq etdiyi bildirilir.

Rayonun torpaq şöbəsinin sabiq müdiri İslam Hacıyevin də Təbriz Abdulxalıqovla əlbir olduğu iddia edilir.Sakinlərin sözlərinə görə, ərazidə fərdi evlər tikmək üçün torpaq sahəsi alanlara köhnə tarixlə, konkret 2007-ci ilə aid saxta sənədlər də verilir.Sözügedən məşə ərazisində Təbriz Abdulxalıqovun yaxın qohumlarına da torpaq sahəsi verildiyi bildirilir. Ümumilikdə isə adıçəkilən ərazidə 20-dən çox şəxsə torpaq satılıb.Bir müddət əvvəl şəhər sakinlərinin şikayətləri səbəbindən Vəndam meşəbəylinin 2 saylı dolayda tikinti işləri dayandırılsa da bu günlərdə yenidən intensiv şəkildə tikintiyə başlayıblar. Qəbələ rayon İcra Başçısının evi sözügedən əraziyə yaxın olduğuna görə, şənbə və bazar günlərində tikintiyə fasilə verildiyi də yayılan məlumatlar sırasındadır.Sakinlərin dediyinə görə, Qəbələ rayon Meşə İdarəsi icra hakimiyyətinin meşə ərazisini qanunsuz satması faktına qarşı heç bir addım ata bilmir: Meşə İdarəsi sözügedən ərazidə evlərin tikilməsinə dəfələrlə müdaxilə edib, tikintini dayandırmağa çalışsa da rayonun baş memarı Təbriz Abdulxalıqovun zəngindən sonra ərazidən uzaqlaşmalı olur”.Məlumatda həmçinin qeyd olunur ki, İcra Hakimiyyəti Qəbələ şəhərinə yaxın olan meşə ərazisində çoxillik ağacları da məhv edib. Amma bu qanunsuz fakta qarşı Ekologiya Və Təbii Sərvətlər Nazirliyi hansısa səbəbdən səssiz qalmaqda davam edir…Vəndam Meşəbəyliyinin ərazisininin satılması ilə bağlı rəsmi qurumların da mövqeyini dərc etməyə hazırıq.Məsələ ilə bağlı araşdırmalarımız davam edir.


Teqlər:
Bu xəbər cəmi 1390 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR