Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifəsindən azad edib.
Yenimeydan.info-nun əldə etdiyi məlumata görə, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb və sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Xatırladaq ki, Ə.Həsənov 21.04.2018 -ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdi.