“Yenimeydan.info”nun APA- ya istinadən verdiyi məlumata görə, bu da 2011-ci illə müqayisədə 32% çoxdur.
Xəbərdə bildirilir ki, ötən illərdə turistlər sadəcə tarixi abidələri və təbiətin gözəlliklərini görmək məqsədilə İrana gəliblər: “Ancaq hazırda İrana gələn turistlərin siyahısına müqəddəs məkanları ziyarət etmək istəyənlər və müalicə məqsədilə gələnlər də aid edilib. Rəsmi statistikaya əsasən, Hindistan, Azərbaycan Respublikası, Əfqanıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən İrana gələn turistlərin sayı xeyli artıb.
2013-cü ilin mart və aprel aylarında isə ölkəyə 347 min 745 xarici turist gəlib”.