Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ded Xasan”ın qətlinin üstü açılır

“Ded Xasan”ın qətlinin üstü açılır


Sağ ikən kriminal aləmin “xaç atası” sayılan “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlinin üstünü Rusiya İstintaq Komitəsi tərəfindən demək olar ki, tamamilə açılıb.



TİA.AZ xəbər verir ki, bu barədə “Rosbalt” nəşri məlumat yayıb. Məlumata görə, qətlin sifarişçisi “Ded Xasan”ın qatı düşməni hesab edilən “Merab Suximski” ləqəbli qanuni oğru Merab Djanqveladzedir. Bu, telefon dinləmələri zamanlı da öz təsdiqini tapıb.



Belə ki, “Merab Suximski”nin İtaliyada yaşadığı dövrdə Rusiya həbsxanasında cəza çəkən “Taro” ləqəbli qanuni oğru Tariel Oniani ilə danışıqları aşkarlanıb. Birincisi “Ded Xasan” a qarşı olmasından danışıb, ikincisi isə “onu ləğv edib, bütün problemlər yox olacaq” cavabı verib. Qeyd olunur ki, bundan sonra “Merab Suximski” kriminal aləmin kralına qarşı sui-qəsdin təşkili ilə məşğul olub.



Nəşr əlavə edir ki, “Ded Xasan”ın qətlinin sifarişçisinin kimliyi Taqansk cinayətkar qruplaşmasının fəaliyyətini araşdırarkən üzə çıxıb. Məlum olub ki, mafiozun qətlə yetirildiyi odlu silah məhz onlara məxsus imiş. Həmin silahla 2009-cu ildə “Skif” ləqəbli qanuni oğru Andrey Qolubev qətlə yetirilib.



Kriminal



İstintaq zamanı məlum olub ki, mütəşəkkil dəstənin lideri İqor Jirnokleyev çox qənaətcil adam olub. Belə ki, qətldən sonra silahı atmamağı, növbəti cinayətə qədər gizlətməyi tapşırıb.



2010-cu ilin payızında “Jirnıy” dəstə üzvlərinə “Ded Xasan”ı güdməyi tapşırıb və bunun üçün onları silahla təchiz edib. Bir müddət sonra kriminal aləmin “xaç atası” killer tərəfindən ağır yaralanıb, amma sağ qalıb. 2012-ci ildə tarix bir daha təkrarlanıb. “Ded Xasan” dəstə üzvləri tərəfindən yenidən izlənilib.İstintaq aydınlaşdıb ki, killer məhz bu əməliyyatı həyata keçirmək üçün xüsusi olaraq Ukraynadan Moskvaya gəlib.



Qeyd edək ki, Aslan Usoyan 2013-cü ilin yanvarında baş nahiyəsindən aldığı güllə yarasından xəstəxanada vəfat edib. Xatırladaq ki, “Ded xaşan”ın kriminal dünyasına təsiri keçmiş postsovet məkanı ölkələrinə və Qərbi Avropanın bir hissəsinə yayılmışdı. Bəzi məlumatlara görə, o Qafqaz cinayətkar qruplaşmalarının rəhbərlik edib, ən nüfuzlu kriminal liderlərdən və Rusiyanın qanuni oğrularından biri olub.(Virtualaz.org)


Teqlər:
Bu xəbər cəmi 2060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR