Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İP Koordinasiya Şurası günün hadisələrini müzakirə etdi

İP Koordinasiya Şurası günün hadisələrini müzakirə etdi
Fevralın 13-də İctimai Palatanın Koordinasiya Şurasının toplantısı olub. Koordinasiya Şurasının dönəm sədri Köçəri Nağıbəylinin verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Eyni zamanda İctimai Palatanın 9 fevralda keçirilmiş sessiyası və sessiyada irəli sürülən təkliflərlə bağlı müzakirələr aparılıb.


Koordinasiya Şurası AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının yaşadığı evə məhkəmə qərarı icraçılarının gəlib əşyaları siyahılaşdırmasını pisləyib. Bu addımı qanunsuzluq və repressiyanın daha bir formada tətbiqi kimi dəyərləndirib.



K.Nağıbəylinin verdiyi xəbərə görə, Koordinasiya Şurası vəkil Xalid Bağırovun Naxçıvanda saxlanması və zorakılığa məruz qoyulmasını da pisləyib. Hakimiyyəti bu cür qanunsuzluqlara son qoymağa çağırıb. Koordinasiya Şurası prokurorun “Xural” qəzetinin həbsdəki baş redaktoru Əvəz Zeynallıya 11 il iş istəməsinə etiraz edib. Bu addımın jurnalistə qarşı repressiya olduğu bəyan edilib.



Tofiq Yaqublu İlqar Məmmədovun barəsində həbs qərarının Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanması da KŞ tərəfindən pislənib. Onların dərhal azad olunması tələb edilib.


Teqlər:
Bu xəbər cəmi 1380 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR