Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət Statsitika Komitəsinin "siyahıyaalma oyunu"... (İDDİA)

Dövlət Statsitika Komitəsinin
Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı mübahisəli vəziyyət yaranıb. Bu il oktyabrın 1-dən 10-dək həyata keçirilən prosesdə әksәriyyәtin siyahıyaalmadan kənarda qaldığı müəyyənlәşib. Məlum olub ki, çoxsaylı vətəndaş siyahıyaalınma ilə bağlı heç bir rəsmi müraciətlə qarşılaşmayıblar.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hələ siyahıyalamanın ilk günü, oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında demişdi ki, bütün ölkə üzrə əhalinin siyahıyaalınması aparılır. Siyahılaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır. O, əlavə etmişdi ki, ölkə başçısı tərəfindən 2016-cı il sentyabrın 7-də "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalanıb. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarı ilə həm Dövlət Statistika Komitəsinin, həm də digər dövlət qurumlarının üzərinə düşən vəzifələr müəyyən olunub və həmin qərara uyğun olaraq aidiyyəti qövlət qurumları tərəfindən müvafiq hazırlıq işləri görülüb.


 


Bundan başqa, bildirilib ki, Dövlət Statistika Komitəsində 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb.


 


Siyahıyaalma zamanı sorğu vərəqəsində hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər üzrə suallar əksini tapıb. Habelə, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlil olub-olmaması göstərilməlidir. Üstəlik, orada əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri kimi mühüm göstəricilər üzrə suallar da yer alıb.


 


Sözügedən Komitədən verilən məlumata görə, Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması isə 2021-ci ilə nəzərdə tutulur.


 


Lakin bütün proses və təkcə sosial şəbəkələrdə minlərlə istifadəçinin siyahıya alınma ilə bağlı narazılıqları, onların qapısını heç kimin döyməməsi kifayət qədər suallar yaradıb. Belə güman etmək olar ki, adıçəkilən qurum prosesi başdansaovdu həyata keçirib.


 


"Dövlət Statsitika Komitəsi əhalinin siyahıyaalınmasını həmişə belə həyata keçirib". Bunu Qaynarinfo.az-a tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bildirib.


 


Ekspert xatırladıb ki, sosial şəbəkələrin bu qədər aktiv dövründə ilk dəfədir siyahıyaalınma həyata keçirilir, bu da yol verilən boşluqları kənardan sezməyə imkan yaradır. Sitat: "Bu səbəbdən əvvəllər narazılıqlar, prosesdən kənarda qalmanın miqyası belə açıq görünmürdü".  


 


R.Ağayevə görə, siyahıyaalınma elə təşkil olunmalıdır ki, heç bir ev təsərrüfatı, vətəndaş ondan kənarda qalmasın: "Dövlət Statistika Komitəsi ilin 365 günü hansı peşəkarlıqla işləyirsə, son 25 ildə fəaliyyətini hansı keyfiyyətdə qura bilibsə, 10 ildən bir keçirilən ölkə miqyaslı tədbiri də eyni keyfiyyətdə alınır. Aşağı bilikli və peşəkar olmayan birindәn işdə, həyatda hər halda yüksək performans gözləmək yersizdir.


Bu qurumun fəaliyyəti kökündən yenidən qurulmalı, məlumatlarının etibarlı olmasına imkan verən kadr bankı yaradılmalıdır. O başqa məsələ ki, bu hakimiyyət onu istəyir, ya yox..."


 


Fikrimizcə, əlavə sözə ehiyac yoxdur və Dövlət Statistika Komitəsinin yalan rəqəmlərinə "bəsdir" demək zamanı çatıb...

Teqlər:
Bu xəbər cəmi 1320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR