Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Boşanan uşaqsız qadınlara da aliment düşür – QANUN belə deyir

Boşanan uşaqsız qadınlara da aliment düşür – QANUN belə deyir

Ailə quranda tərəflərin çətin və yaxşı gündə birlikdə olacaqlarına dair bir-birlərinə verdikləri vədlərin özünü doğrultmadığı vaxtlar da olur. Hətta vəziyyət o həddə çatır ki, ata və ya ana boşandığı təqdirdə öz doğma övladına belə maddi cəhətdən yardım etmək istəmir. Halbuki qanunvericilikdə tərəflərin ortaq övladı olmadıqda belə boşandığı təqdirdə ər və ya arvad ehtiyac olan tərəfə öz yardım əlini uzatmalıdır.


Hüquqşünas Əlövsət Allahverdiyev Lent.az -a bildirib ki, qanuna görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.


Yəni ər-arvadın bir-birini saxlamaq vəzifəsi Azərbaycanın Ailə Məcəlləsi ilə tənzimlənir.


Onun bildirdiyinə görə, boşanmadan sonra bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, tərəflər müəyyən hallarda zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: “Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad), ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 ildən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment tələb etmək hüququna malikdir.


Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.


Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir”.


Hüquqşünas qeyd edib ki, məhkəmə bəzi hallarda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Belə ki, maddi yardıma ehtiyacı olan arvad (ər) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda və nikah çox çəkmədikdə.


Qeyd edək ki, ötən il Azərbaycanda boşanmaların sayı 14 857 olub. Bu ailələrdən 6 559-nun övladı olmayıb. Digər (8 298) ailələrin isə 3 894-nün bir uşağı, 4 404-nün (ümumilikdə 9 948 uşaq) isə iki və daha artıq uşaqları olub.

Teqlər:
Bu xəbər cəmi 1980 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR