Ötən gün mediada aparıcı Zümrüd Bədəlovanın Bakı Nəqliyyat Agentliyini (BNA) tənqid etdikdən sonra Xəzər TV-dən uzaqlaşdırılması ilə bağlı xəbər yayılmışdı.
Turkustan.info xəbər verir ki, aparıcı haqqında yayılan bu xəbər yalan imiş. Belə ki, bu gün Z.Bədəlova aparıcılıq etdiyi “Şən Bazar” verlişində yenidən canlı efirə çıxıb.
Qeyd edək ki, Zümrüd avtomobilin saxlanıldığı yerdən aparılmasından sonra sosial media hesabında quruma qarğış dolu status yazıb:
“Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!”. /Yenimeydan.info/