Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində geniş islahatlara başlayıb və proses davam edir. Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının tağım komandirlərinin yeri dəyişdirilib, başqa təyinatlar da var.

 BAKU.WS
 xəbər verir ki, “avtosfer.az”a istinadən xəbər verir ki, Alayın 10-cu tağımın komandiri, mayor Qulu Quliyev İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib.

Şəmkir postunun komandiri, mayor Aqil Məmmədov 9-cu tağımın komandiri vəzifəsindən azad olunaraq Qaradağ postunun – 6-cı tağımın komandiri təyin edilib.

Qaradağ postunun komandiri, mayor Vüqar Əsgərov bu vəzifədən azad edilərək Saray postunun – 1-ci tağımın komandiri təyin edilib. 1-ci tağımın komandiri, mayor Ürfət Şükürov 7-ci tağımın - Nəvai postunun komandiri təyin edilib.

Nəvai postunun komandiri, mayor Vüqar Kərimli isə Salyan postunun – 10-cu tağımın komandiri təyin olunub. İsmayıllı postunun – 4-cü tağımın komandiri, mayor Ağasəlim Nağıyev təqaüdə göndərilib.Onun yerinə Qəbələ rayon DYP-nin rəisi Yusif Səlimov təyin edilib.Şəmkir postunun komandiri vəzifəsinə 9-cu tağımın baş inspektoru Elnur Zeynalov təyin edilib.



Nazirin daha bir əmri ilə mayor Şahmar Süleymanov Sabirabad postunun komandiri vəzifəsindən azad edilərək 3-cü tağımın - Müşfiq postunun komandiri təyin edilib.