Tanınmış aparıcı Zümrüd Bədəlovanın başına iş gəlib.
"Yenimeydan.info" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlənən aparıcı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, maşını xəbərdarlıq edilmədən cərimə meydançasına aparılıb:
"Avtomobilimi Əziz Əliyev küçəsində saxlamışdım. Özüm isə salonda idim. İki həftədir maşınımı orada saxlayıram, bununla bağlı mənə irad bildirən olmayıb. Məkandan çıxarkən maşını görmədim. Ətrafında onlarla maşın var idi, heç birinə dəyməyiblər. Yəqin ki, baxıb görüblər ən ucuzu budur, nömrəsi də kredit nömrəsidir. Ona görə də, mənimkini aparıblar. "Porsche"yə filan gücləri çatmayıb.
Heç olmaya xəbərdarlıq etsinlər. Mən maşını tapmaq üçün bütün cərimə meydançalarını gəzməliyəm? Bu nə özbaşınalıqdır? Məni də görən kimi deyirlər ki, biz sizi tanıyırıq. 20 manat cəriməmi verib çıxdım. Maşınımı Qış parkının yanındakı cərimə meydançasına aparıblar. Çəkilişə, işə gecikdim".