Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ölən ana və uşağın yaxınları xəstəxanada dava salıb

Ölən ana və uşağın yaxınları xəstəxanada dava salıb
İsmayıllı rayonunda baş verən ana və uşaq ölümünün təfərrüatları bəlli olub. Bu barədə Movqe.az-a eksklüziv açıqlama verən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva bildirib ki, hadisə ötən gecə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib.


Bu onun üçüncü hamiləliyi olub. İki qız anası olan Ağabalayeva Şəhla oğlan övladı dünyaya gətirməyə hazırlaşırmış. Amma hamilə xəstəxanaya ölü döllə daxil olub: "Yəni qadın xəstəxanaya müraciət edərkən onun bətnindəki körpənin ölü döl olduğu müəyyənləşib. Ağabalayeva Şəhlanın bətnindən ölü döl təbii yolla xaric edilib. Doğuşdan 10 dəqiqə sonra Ş. Ağabalayevanın vəziyyəti pisləşib. Onda tənəffüs çatışmazlığı, göyərmə, ürək ağrıları baş qaldırıb. Dərhal xəstəyə reanimasyon tədbirlər görülüb. Anna buna baxmayaraq tromboemboliya diaqnozu ilə xəstə həyatını itirib”.



G. Ağayeva Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında hadisənin araşdırıldığını söyləsə də, uşağın və ananın meyidinin tibbi ekspertizadan keçirilməsinə xəstənin yaxınlarının imkan vermədiyini söylədi. Onun sözlərinə görə, xəstənin yaxınları xəstəxanada qalmaqal salıb və bəzi əşyaları qırıb dağıdaraq ananın və uşağın meyidini alıblar: "Onlar bildiriblər ki, din adamları olduqlarından xəstənin yarılaraq tibbi ekspertizadan keçirilməsinə icazə verə bilməzlər. Deyiblər ki, ananı və uşağı dinə uyğun şəkildə dəfn edəcəklər”. 



G. Ağayeva odur ki, hazırda dünyasını dəyişən ananın tibbi sənədlərinin yoxlanıldığını söylədi: "Hazırda biz araşdırırıq görək hamiləlik dövründə onun müayinəsi tibbi tələblərə uyğun aparılıb, ya yox? Hamiləlik dövründə döldə müayinələr zamanı hansı fəsadların olması araşdırılacaq. Bizə verilən bilgiyə görə, Ş. Ağabalayeva hamiləlik dövründə Lahıc qəsəbəsindəki tibbi məntəqədə qeydiyyata düşərək hamiləlik boyu 7 dəfə müayinədən keçib. Hətta xəstə müayinə üçün Bakıya da gəlib. Amma bunların hamısı araşdırılacaq”.



G. Ağayeva Ş. Ağabalayevanın ölümündə həkimin təqsirinin olub-olmadığı barədə indidən bir fikir söyləməyin tez olduğunu da bildirdi: "Tromboembaliya elə bir tibbi fəsaddır ki, burada həkimin səyi də nəticə vermir. Amma bizim bildiyimizə görə, həkim xəstənin qohumu olub".


Teqlər:
Bu xəbər cəmi 2275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR