Hərbi qulluqçulara pul əvəzinə natural ərzaq verilməsinə başlanıb.
"Yeni Sabah" xəbər verir ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan növbəti addımlardan da biri Azərbaycan Ordusunda və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçulara pul əvəzinə natural ərzağın verilməsi olub.
Pul əvəzinə natural ərzağın verilməsi könüllü olduğundan bəzi hərbi qulluqçular bu prosesə öz arzusu ilə qoşulublar.