Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektoru İdarənin tabeliyində olan təhsil müəssisələrində vakant yerlərin sayı barədə əlavə məlumat yayıb. Məlumatda qeyd olunub ki, BŞTİ – nin tabeliyində olan təhsil müəssisələrində ümumilikdə 422 müəllimin işə qəbulu üzrə vakant yer ayrılıb.
Bu yerlərdən 25 - i Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi üzrə - 24, rus bölməsi üzrə - 1),
26 – sı Tarix (Azərbaycan bölməsi üzrə - 23, rus bölməsi üzrə - 3),
24 -ü Riyaziyyat (Azərbaycan bölməsi üzrə - 18, rus bölməsi üzrə - 6),
20 – si Coğrafiya (Azərbaycan bölməsi üzrə - 11, rus bölməsi üzrə - 9),
86 – sı İbtidai sinif (Azərbaycan bölməsi üzrə 52, rus bölməsi üzrə - 34),
16 – sı Fizika (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 8),
11- i Kimya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 4),
10 – u Biologiya (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 3),
29 – u İnformatika (Azərbaycan bölməsi üzrə - 20, rus bölməsi üzrə - 9),
39 – u İngilis dili (Azərbaycan bölməsi üzrə - 38, rus bölməsi üzrə - 1),
5 – i Rus dili (Azərbaycan bölməsi üzrə - 3, rus bölməsi üzrə - 2),
1 – i Fransız dili (Azərbaycan bölməsi üzrə - 1), 25 – i GÇQH rəhbəri (Azərbaycan bölməsi üzrə - 25),
71 – i Fiziki tərbiyə (Azərbaycan bölməsi üzrə - 58, rus bölməsi üzrə - 13), 11 – i Təsviri incəsənət, rəsmxət (Azərbaycan bölməsi üzrə - 8, rus bölməsi üzrə - 3), 9 – u Əmək hazırlığı (Azərbaycan bölməsi üzrə - 7, rus bölməsi üzrə - 2),
14 - ü Musiqi (Azərbaycan bölməsi üzrə - 12, rus bölməsi üzrə - 2) fənnləri üzrədir.
Fənn müəllimlərinə daha çox Bakının Xəzər, Qaradağ, Sabunçu, Binəqədi və Xətai rayonlarında ehtiyac var.
Qeyd edək ki, elan olunan yerlər üzrə sənədlərin qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn şəkildə aparılır.