Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bir-iki “700”-lə inkişafdan danışmaq absurddur” - Şahlar Əsgərovdan çıxış yolları - MÜSAHİBƏ

“Bir-iki “700”-lə inkişafdan danışmaq absurddur” - Şahlar Əsgərovdan çıxış yolları - MÜSAHİBƏ


“Təhsilindən razı olan millət inkişafdan geri qalır. Təhsil daim təkminləşməli olan fəaliyyət sahəsidir”.



 Təhsil eksperti, Təhsil Nazirliyin yanında İctimai Şuranın üzrü Şahlar Əsgərov AzEdu.az-a müsahibəsinə bu sözlərlə başlayır.



Müsahibədə ölkə təhsilinin hazırkı vəziyyətindən danışan Şahlar Əsgərovorta ümumtəhsil sektorundakı əsas problemi məktəblər arasındakı bərabərsizlikdə görür:



“Təhsil təkminləşməli olan fəaliyyət növüdür. Çünki dövr, cəmiyyət dəyişdikcə yeni problemlər meydana gəlir.



Bu gün Azərbaycan təhsilinin əsas problemlərimizdə biri orta məktəblər arasındakı bərabərsizlikdir.



Hazırda Bakıda olan330-a yaxın məktəbin hər biri istər maddi-texniki baza, istərsə də təhsil səviyyəsi baxımından bir-birinə bərabər olmalıdır. Onlar arasındakı bərabərsizliyi ləğv etmək lazımdır. Bir məktəbdə 100 kompüter varsa digərində də eyni sayda olmalıdır, yaxud da bir məktəbdə təhsil səviyyəsi nisbətən aşağı düşürsə, onun direktoru dəyişərək, savadlı kadrları ilə əvəz olunmalıdır”.



“Məktəblər arasındakı bərabərsizlik nəinki təhsilə,  digər sahələrə də mənfi təsir göstərir”



Ş.Əsgərov  təhsildəkibərabərsizliyin səbəb olduğu digər məsələlərə də toxunub:



“Məktəblər arasındakı bərabərsizlik nəinki təhsilə,  digər sahələrə də mənfi təsir göstərir. Valideynlər övladlarının daha yaxşı təhsil almaları üçün onları uzaq məktəblərə aparırlar. Bu da şəhərdə tıxaclarınyaranmasına gətirib çıxarır. Əslində, hər kəs övladını yaxınlıqdakı məktəbə qoymalıdır. Məktəblər keyfiyyət etibarilə bir-birilə eyni səviyyədə olarsa, valideynlər də yaxınlıqdakı məktəbi buraxıb uzun məsafə qət etmək məcburiyyətində qalmaz. Bu sahədə görüləcək işlər çoxdur”.



“Bu təhsilin faydası biz düşündüyümüzdən də çoxdur”



Şahlar Əsgərov təmayül siniflərinin yaradılmasına da münasibət bildirib:



“Təhsildə atılan uğurlu addımlar da az deyil. Buna  təmayül siniflərinin yaradılmasını nümunə göstərmək olar. Əvvəllər də belə siniflər olub. Sonradan unudulsa da, bu gün təmayüllü məktəblərin, siniflərin sayı artırılması təhsil sistemimizin son bir neçə ildə atdığı ən uğurlu, nəticə verən addımlardan biridir. Gənclər sevdikləri fənləri oxuduqca yorulmur, əksinə, xoşu gəlmədiyi fənləri oxuduqca isə həvəssiz olurlar. Təmayül siniflərdə şagird də dərsə canla-başla yanaşacaq. Çünki keçəcəyi fənləri özü seçir. Riyaziyyat təmayüllü  şagird fizika, kimya, humanitar təmayüllü isə tarix ədəbiyyat kimi fənləri həvəslə oxuyacaqlar.



Bu, onların gələcək ixtisas seçimlərinə də təsir göstərəcək. Təhsilini sevdiyi sahə üzrə davam etdirə biləcək. Təmayül siniflərində usta yox, ustad yetişdirə bilərik.  Bu təhsilin faydası biz düşündüyümüzdən də çoxdur. Təmayül olmadıqda şagirdin ixtisas seçiminə valideyn, müəllim və s. qarışır. Təmayül siniflərdə isə vəziyyət fərqlidir. Belə ki, o, təhsilini məhz sevdiyi ixtisas üzrə davam etdirə bilər. Beləliklə, hər sahə üzrə öz ixtisasını sevən, canla-başla öyrənən mütəxəssislər yetişəcək. Bu da əlbəttə ki, ölkə təhsilinə də öz töhfəsini verəcək”.



“Kollec təhsilində də böyük uğurlar var”



Kollec təhsilinə də münasibət bildirən ekspert bu sahədə də uğurlu addımlar atıldığını qeyd edir:



“Təmayüllərlə yanaşı, bu gün kollec təhsilində də böyük uğurlar var. Bu təhsilin bazası da yaradıldı. Kolleci yaxşı qiymətlərlə bitirənlər ali məktəbə imtahansız qəbul ola bilərlər. Bu, alqışalayiq addımdır”.



Ş. Əsgərov müsahibə zamanı, müəllimlərin işə qəbul prosesindən razı olsa da direktorların işə qəbulu ilə bağlı öz iradlarını bildirdi:



“Vaxtilə müəllimlərin işlə təmin olunmasında kifayət qədər xoşa gəlməyən hallar yaşanırdı. Bu gün isə vəziyyət dəyişib. Müəllimlərin işə qəbulu şəffaf qaydada həyata keçirilir. Təhsil Nazirliyi insan faktorunu aradan qaldıraraq,  informasiya kommunukasiyavasitələrindən istifadə edir.  Bu, çox sevindirici addımdır.



Eyni vəziyyət direktorların işə qəbuluna tətbiq edilir. Məncə, bu istiqamətdə müəyyən işlər görülməlidir. Belə ki, direktor  məktəbi idarə edən şəxsdir. Namizəd imtahanda yüksək bal toplasa da, əgər onun idarəçilik qabiliyyəti yoxdursa, həmin məktəbdə heç bir iş görə bilməyəcək. Bu səbəbdən də direktor işinə yüksək baltoplayandan daha çox yaxşı idarə qabiliyyəti olanlar cəlb edilməlidir.



“Təhsilindən razı olan xalq inkişaf edə bilməz”



Son olaraq, bakalavriaturaya qəbul imtahanından danışan Şahlar Əsgərov bu sahədə görüləcək işlərin çox olduğunu bildirdi:



“Təhsildəki ümumi inkişafı il ərzində aparılan orta göstəricilərlə müəyyən edilir. Əgər hər il bu göstərici daha yüksək olursa, deməli,  təhsildə inkişaf var. Biz çox vaxt 700 bal ilə ümumi təhsil səviyyəsini bərabərləşdiririk. Bu isə yolverilməzdir. Bir ölkədə milyarder də yaşayır, kasıb da, amma ölkənin güzəranını onların heç biri ilə müəyyən etmək olmaz. Bu, orta təbəqənin sayı ilə müəyyənləşir. Eynilə təhsildə də belədir. Bir-iki 700 bal toplayanla təhsildə inkişafa nail olmaq absurddur. Bunlar sadəcə, rəqəm oyunlarıdır. Qiymətləndirməni 5 ballıq şkala ilə götürsək, 600-700 bal arası toplayanları“5”, “500-600-ləri”“4”, “300-400-ləri”“3”, 200-300 aralığında qərarlaşanları“2”, yerdə qalanları isə“1”-lə qiymətləndirə bilərik. Əgər orta qiymət “4-5” olarsa biz təhsildə inkişafa nail ola bilərik. Əks halda, heç bir inkişafdan danışa bilmərik. İllər keçsə də vəziyyət düzəlmir.  Təhsil, dövlətin pulunu gücə çevirməyi bacarmalıdır.  “Mənim təhsilim yaxşıdır” demək olmaz. Təhsilindən razı olan xalq inkişaf edə bilməz”.



Ekspert söhbətin bu yerində hər gün üzləşdiyimiz bəzi problemlərlə bağlı çıxış yollarından da danışır:



Bu məktəblər arasındakı bərabərsizliyi ləğv etmək lazımdır. Bir məktəb digərindən yaxşı, və ya pis olmamalıdır.  Belə olarsa, heç kəsi yaşadığı binanın yanındakı məktəbi qoyub uzaq məktəbə uşaq aparmayacaq.  Bu isə şəhərdə tıxac məsələsini həll edəcək. Bu gün şəhərdə tıxacların yaranmasında uşaqların məktəbə, bağçaya aparılması böyük səbəb oyadır. Bunu aradan qaldırmağın bir yolu da eynilə məktəblərin bir-birlə bərabər olmasıdır. Eynilə sovet dövründə olduğu kimi. Bir məktəbdə 100 kompüter varsa digərində də 100 olmalıdır.



Tək kompüter yox, binanın şəraiti istixanası , kitabxana,  təhsil səviyyəsi və s. hamısı bir-birinə bərabər olmalıdır. Bir məktəbdə bir şagirdə nə qədər xərc çəkilərsə digər məktəbdə də eyni xərc çəkilməlidir. Bizdə bərabərsizlik sadəcə məktəbli formalarında özünü göstərir. Bunu bütün sahələrdə tətbiq etmə lazımdır.



Fərz edək ki, bir məktəb  ümumi şəraiti olaraq normal olsa da göstəricisi aşağıdırsa deməli direktor yerində deyil.  Direktor dəyişməlidir. Bunun üçün kompüter imtahanları ilə yox, Təhsil Nazirliyi öz sistemindəki ən yaxşı kadrlardan birini  həmin məktəbə direktor təyin etməlidir. Məktəblər arasındakı bərabərsizlik düzəlməsə Bakının nəqliyyatı düzəlməyəcək.  Məktəblərdəki keyfiyyət göstəricilərin o qədər bir-birinə bənzər olmalıdır ki, heç kəs yaxınlıqdakı məktəbi qoyub uzaqda uşaq oxutmasın.



Nə yaxşı ki, bizim ali təhsilimiz iki hissəyə bölünüb. Bakalavr və magistratura. Bakalavrda uşaqlara bütün fənlərin baza bilikləri öyrədilir. Bizim alimlərimiz çoxlu dərsliklər yazır. Bakalavr bitdikdən sonra uşaqların təxminən, 20 faizi magistraturaya qəbul olur. Onlar magistraturada ixtisaslarını dəyişə də bilərlər. Magistraturanın gözəlliyi də məhz buradadır.



Bakalavrda dərsliklər olsa da magistraturada dərsliklər yoxdur.  Bura gələn gənc bir neçə xarici dil bilməlidir. Ona dərslik lazım deyil, bir mövzunun monoqrafiyalarından istifadə etməlidir.


Teqlər:
Bu xəbər cəmi 1000 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR