Tanınmış telejurnalist Telli Pənahqızı “Space” televiziyasında efirə gedən xoşagəlməz görüntülərə sərt reaksiya verib.
Yenimeydan.info xəbər verir ki, xanım telejurnalist Facebook səhifəsində aşağıdakı fotoşəkilləri paylaşaraq bu sözləri yazıb:
– Deyək ki, bu xanım özünə, tamaşaçılara hörmət etmir, çünki, tərbiyəsi buna çatır. Bəs, “Space”in rəhbərliyi, orada ağlı başında olan kişilər necə özlərinə rəva görürlər bu biabırçılığı? Onsuz da hər şeyin meyarı puldur deyəcəksiniz. Bəs şərəf, kişilik, qeyrət… azərbaycançılığımızı harda dəfn etdiniz?