Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil naziri müəllimlərin əməkhaqlarından danışdı

Təhsil naziri müəllimlərin əməkhaqlarından danışdı
“Müəllimlərin əməkhaqlarının qaldırılması mövzusu gündəmdədir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində deyib. Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqı qaneedici səviyyədə deyil: “Lakin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının düzgün mexanizmi tapılmalıdır. Avtomatik şəkildə müəllimlərin əməkhaqları artırılmalıdırmı, yoxsa dünya təcrübəsində istifadə edilən biliyə, səviyyəyə, təcrübəyə görə qiymətləndirmə metodlarından istifadə olunmalıdırmı? Hazırda bu məsələ müzakirə olunur. Müəllimlərin əməkhaqları ilə bağlı düzgün qərar vermək üçün hərtərəfli müzakirələr aparmaq lazımdır”. Nazir bildirib ki, Azərbaycan cəmiyyətində həmişə müəllim nüfuzu yüksək olub: “Biz özlüyümüzdə düşünməliyik. Həqiqətənmi müəllimin əsl müəllim olması məvacibdən irəli gəlir? Müəllimlik xüsusi bir missiyadır. Müəllim sözünün mənasını iş adamı və ya öz mənfəətini güdən adamla eyniləşdirməyin tərəfdarı deyiləm”.

Teqlər:
Bu xəbər cəmi 1985 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR