Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Leş Tofiq”ə sertifikat verilib? – Ekspertin şok ittihamını AQTA təkzib edir

“Leş Tofiq”ə sertifikat verilib? – Ekspertin şok ittihamını AQTA təkzib edir

Qida Təhlükəsizlik Agentliyi “Leş Tofiq”ə sertifikat verib”.


 


Bu sensasion bəyanatla Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış edib. Ekspert BakuPost.az-a açıqlamasında bildirib ki, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, onlara fəaliyyət göstərmək üçün rəsmi icazə verilib:


 


“Bu məsələ ilə bağlı monitorinqlər aparılır, fəal işlər görülür. İstehlakçının telefon zənginin əsasında mənə verilən məlumata görə, “Leş Tofiq”in kəsim yerinə sertifikat verilib. Görünür, onların göstərdikləri yaxşı məkanlara baxış keçirilib və buna əsasən də sertifikat verilib.



Bu cinayətkar dəstə əsas işini isə başqa yerlərdə həyata keçiriblər və o məkanlara hansısa aidiyyəti qurum əməkdaşının baxmaq imkanı olmayıb”.














Eyyub Hüseynov leş ətlərin xəstəlik mənbəyi, çox təhlükəli olduğunu bildirib: “Leş ətlərin insan orqanizmə böyük fəsadlar vura bilər. Leş ətlər xəstəlikdən ölmüş heyvanlardır. Ona görə də bu ətlər vasitəsilə heyvan xəstəliklərinin insanlara keçmə ehtimalı yükəksidir”.


 


***


17:15


 


Məsələ ilə bağlı BakuPost-a açıqlama verən AQTA-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bu ittihamın əsassız olduğunu bildirib.


 


“Bir sıra sosial şəbəkələrdə leş əti satan və ya qanunsuz fəaliyyət göstərən hansısa müəssisənin məhsullarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “sertifikat”ların verilməsi ilə bağlı reallığı əks etdirməyən, əsassız məlumatlar yayılmaqdadır. Həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır.


Qeyd edək ki, AQTA fəaliyyətə başladığı gündən etibarən qida məhsullarının dövlət gigiyena qeydiyyatına alınaraq sertifikatlaşdırılması proseduru qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı ilə əvəz olunmuşdur. Bu, bir daha hansısa heyvan kəsimi və ictimai iaşə müəssisəsində emal olunan qida məshullarına AQTA tərəfindən sertifikatın verilməsi ilə bağlı yayılan xəbərin absurd və əsassız olduğunu sübut edir.


Məlum olduğu kimi 1 iyul 2018-ci il tarixindən etibarən AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı həyata keçirilir və onlara reyestrdən çıxarışlar təqdim olunur. Eyni zamanda həmin sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətinə uyğun risk dərəcələri müəyyənləşdirilir və buna görə dövri olaraq nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri zamanı həmin müəssisələrdə AQTA mütəxəssisləri tərəfindən qanunsuz hallar aşkar olunduqda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. Yəni qida təhlükəsizliyi qeydiyyatından keçmiş istənilən sahibkarlıq subyektinin gələcəkdə hər hansı qanunsuz əməllərlə məşğul olmayacağı üçün bu bir əsas deyil və elə buna görə də həmin sahibkarlıq subyektlərində dövri olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.


Məlumat üçün bildiririk ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qanunsuz heyvan kəsimi fəaliyyəti və mənşəyi məlum olmayan ətlərin dövriyyədən çıxarılması istiqamətində mütəmadi nəzarət tədbirləri, reydlər həyata keçirir və bu cür qanunsuz fəaliyyətlərə qarşı qətiyyətli mübarizə bundan sonra da davam etdiriləcək. Təkcə onu deyə bilərik ki, AQTA əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 2019-cu ilin yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294,649 kq ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur.


Xüsusi ilə qeyd etmək lazımdır ki, son günlər ictimaiyyət tərəfindən geniş maraq və nifrət doğuran “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun cinayətkar dəstəsi də elə həmin məlumatların hüquq-mühafizə orqanlarına ötürülməsi və birgə keçirilən tədbirlər nəticəsində ifşa edilmişdir.


Agentlik bir daha bəyan edir ki, dövlət orqanının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, bu cür sifarişli məlumatların yayımlanması görülən əsaslı işlərə kölgə salmaq, insanlar arasında təşviş, eləcə də çaşqınlıq yaratmaq məqsədi daşıyır və qətiyyən yolverilməzdir”.


 


 


Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən leş ətlərinin satışıyla məşğul olan şəbəkənin fəaliyyəti ifşa edilib. Dəstəyə başçılıq edən “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

Teqlər:
Bu xəbər cəmi 1390 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR