Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bir birinə sillə vuranda onu 2 ilədək müddətdə cəzalandırırlar, amma… – Qüdrət Həsənquliyev

Bir birinə sillə vuranda onu 2 ilədək müddətdə cəzalandırırlar, amma… – Qüdrət Həsənquliyev


 “Ombudsman haqqında Konstitusiya Qanununun 1.8-ci maddəsinə dəyişiklik edirik. Orada qeyd olunur ki, müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarına əməl edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlara dəyişiklik edilməsinə dair təkliflər verə bilər. Bununla əlaqədar olaraq qeyd eləmək istəyirəm ki, Konstitusiyanın 96-cı maddəsində qanunvericilik təşəbbüsü, hüququ olan subyektlərin dəqiq dairəsi müəyyən olunub”.Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. Millət vəkili bildirib ki, təklif verməyə gəlincə, hər bir Azərbaycan vətəndaşı təklif verə bilər: “Yəni istənilən bir vətəndaş, istənilən siyasi partiya, qeyri hökumət təşkilatı, jurnalist təşəbbüslə çıxış edə bilər. Yəni bu təklifin əhəmiyyəti olsun deyə, indiyə qədər, ombudsman institutu Azərbaycanda yaranandan ombudsmanın hansısa təklifi əsasında hansısa qanuna dəyişiklik etməyimizi xatırlamıram. Onun üçün burada insan hüquqlarına dair təkliflərin verilməsindən söhbət gedirsə, o zaman daha yaxşı olar ki, burada “ombudsman bu təkliflərini Ali Məhkəməyə göndərir” yazaq. Ali Məhkəmə həmin təklifləri, dəyişiklikləri məqsədəuyğun hesab edərsə, qanunvericilik təşəbbüsü hüququ ilə çıxış edir. Yəni bunu Ali Məhkəmənin üzərinə bir vəzifə kimi qoymalıyıq. Yoxsa 10 milyon vətəndaş var. Tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış istənilən Azərbaycan vətəndaşı təklif verə bilər. Bu mənada hesab edirəm ki, məsələnin əhəmiyyətini artırmaq üçün düzəlişi dediyim formada etsək daha məqsəduyğun olar”.“Sahibkarlığın inkişafı üçün ölkədə qanunun aliliyi təmin olunmalıdır”Millət vəkili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” sazişin təsdiq edilməsi barədə qanunun layihəsi haqqında da fikirlərini bölüşüb: “Mən Əli müəllimə (Əli Hüseynli) təşəkkür edirəm ki, komitə iclasında mənim qaldırdığım məsələyə aydınlıq gətirdi. Həqiqətən də Azərbaycanın Qərbi Avropa ölkələrində, ABŞ-da təhsil alan yüksək ixtisaslı kriminalistlərə, əməliyyatçılara böyük ehtiyacı var. Mən çox məmnunam ki, artıq bu istiqamətdə işlər görülür. Ona görə də minnətdarlığımı bildirirəm və qanun layihəsinə səs verəcəyəm”.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna edilən dəyişikliklə bağlı danışan millət vəkili bildirib: “Doğrusu, gözləyirdim ki, “Diqlas” ticarət mərkəzindəki yanğından sonra hörmətli həmkarım Fazil Mustafa edilən əlavə və dəyişiklikləri dəstəkləyəcək. Fazil bəy çıxışında bu yoxlamaların sahibkarların maraqlarına nə qədər cavab verib-vermədiyi ilə bağlı məsələyə toxundu. Mən hesab edirəm ki, biz qanunları qəbul edəndə təkcə sahibkarların maraqlarını nəzərə almamalıyıq. İctimaiyyətin, insanların da maraqlarını nəzərə almalıyıq. Şükürlər olsun ki, yanğında insan tələfatı olmadı. Amma dövlət, sahibkarlar nə qədər ziyan çəkdi. Onlara dəyən maddi ziyanı kənara qoyuram, bu adamlıarın keçirdiyi stres və narahatlıqlar da var. Ona görə də biz qanunun 2 və 10-cu maddəsinə dəyişikiliklər nəzərdə tuturuq. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi dedikdə söhbət onların maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılmasından getmir. Söhbət tikintinin nə dərəcədə keyfiyyətli aparılmasından, standartlara nə dərəcədə cavab verməsindən söhbət gedir ki, sabah bu və ya digər bina Statistika Komitəsindin qarşısındakı bina kimi uçub insanların başına tökülməsin. İkincisi, 10.3-cü maddədə qeyd olunur ki, söhbət hansı yoxlamalardan gedir: Yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələri…Yəni buna qarşı çıxmağın uğurlu olduğunu düşünmürəm. Bir də sahibkarlığı inkişaf etdirmək üçün biz sahibkarlara o şəraiti yaratmamalıyıq ki, nə bilirlərsə etsinlər. Sahibkarlığın inkişafı üçün ölkədə qanunun aliliyi təmin olunmalıdır, sahibkarların ucuz kreditlərə çıxışı təmin edilməlidir, əlverişli investisiya mühiti yaradılmalıdır. Yəni bu yoxlamaların sahibkarlığın inkişafına mənfi təsirlərinin olduğunu düşünmürəm. Ona görə də hörmətli həmkarlarımı da çağırıram ki, bu dəyişikliklərə səs verək. Fazil bəyin çıxışındakı bəzi müsbət məqamları sözsüz ki təqdir edirəm”.“Hüquqlar həyata keçirilmir, hüquqlardan istifadə olunur”BAXCP sədri “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb: “Burada 7-ci maddəyə dəyişiklik edirik. 7-ci maddəyə belə bir bəndin də əlavə olunmasını təklif edirəm. Hesablama palatası dövlət zəmanəti ilə götürülən borclara dair Milli Məclisə rəy verir. Mən vaxtilə də bu məsələni qaldırmışdım. Milli Məclis də dövlət zəmanəti ilə götürülən borcları Milli məclisdə ratifikasiya etməlidir. Necə ki biz neft kontraktlarını rarifikasiya edib onlara qanun qüvvəsi veririk, eyni qaydada da həmin borclarla bağlı müqavilələr Milli Məclisdə ratifikasiya olunmalıdır. Fikrimi əsaslandırıram ki, niyə mən bu təkliflə çıxış edirəm? Ona görə ki, bir çox hallarda həmin bu borc müqavilələri səmərəsiz istifadə olunur. Məsələn, hazırda Azərbaycan Dəmir Yoları tərəfindən borclar alınır və hamı görür ki, bu pullar hara xərclənir. Yeni dəmir yolları çəkilir, turizm mərkəzlərinə, qəsəbələrə yeni xətlər çəkilir, yeni qatarlar, vaqonlar alınır. Amma bir çox hallarda 100 milyonlarla dəyərində götürülən kreditlərin səmərəsini görmürük. Sonra da bu borcu götürən dövlət orqanları onu qaytramaq gücündə olmur və biz həmin vəsaiti büdcədən qaytarırıq. 2019-cu ilin dövlət büdcəsində dövlət borclarına görə 2 milyard 300 milyon manat borc qaytaracağıq. 2018-ci ildə 2 milyard 200 milyondan bir qədər artıq qaytarmışıq. Üst-üstə bu 4 milyard 500 milyona yaxın vəsait edir. Əslində Hesablama Palatası Milli Məclisin orqanıdır. Ona görə də, Konstitusiyada yazılıb ki, Milli Məclis öz işinin təşkili ilə əlaqədar olaraq Hesablama Palatası yaradır. Milli Məclis də bu məsələləri öz nəzarətində saxlamalıdır. Milli Məclisin əsas vəzifələrindən biri büdcə vəsaitlərinin, o cümlədən götürülən borcların necə xərclənməsini göstərməkdir. Ona görə də, 7-ci maddəyə qeyd etdiyim dəyişikliklərin edilməsini zəruri sayıram. Bir məqama da toxunmaq istəyirəm: Bu texniki xarakterli olsa da çox əhəmiyyətli məsələdir. Keçən iclasda də bu məsələni qaldırdım ki, bir çox hallarda biz dilimizdə qəbul olunmuş terminləri, söz birləşmələrini düz işlətmirik. Məsələn 8-ci bənddə qeyd olunur ki, “Hesablama Palatası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir”. Hüquqlar həyata keçirilmir, hüquqlardan istifadə olunur, vəzifələr icra olunur, yaxud həyata keçirilir. Ona görə də, bizim bu qanunvericilik şöbəsi, o cümlədən müvafiq komitələrdə də düşünürəm ki aparat əməkdaşları bu layihələri müzakirəyə çıxararkən uyğun ifadələrdən istifadə etməlidirlər və biz də burada yazmalıyıq ki, Hesablama Palatası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlarından, yaxud hüquqlardan istifadə edir”.“Hesablama Palatası heç kimlə razılaşdırmadan yoxlamalar aparmalıdır”Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanununun müzakirəsi zamanı də fikirlərini bildirib: “Mərkəzi Bankı haqqında məsələ çox ciddi məsələ idi. Ziyad müəllim (Ziyad Səmədzadə) bilmirəm onu hansı formada məruizə elədi. Amma mənə verilmiş layihədə, 58.6-cı maddədə nəzərdə tutulur ki, Mərkəzi Bankda kənar yoxlamalarla bağlı Hesablama Palatası yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın razılaşdırılması ilə orada audit apara bilər. Hesab edirəm ki, bu, Prezidentin elan etdiyi iqtisadi islahatların ruhuna, ölkədə maliyyə sektorunda şəffaflığın təmin olunmasına ziddir. Hesablama Palatasına necə o səlahiyyətləri verməmək olar? Nədən Hesablama Palatası Mərkəzi Bankda kənar audit aparmaq üçün mütləq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanın razılığı ilə orada yoxlama aparmalıdır? Ona görə də mən təklif edirəm ki, 58.6-cı maddə ümumiyyətlə Mərkəzi Bank haqqında qanuna edilən dəyişiklikdən çıxarılsın. Səhmlərinin nəzarət paketi dövlətdə olan istənilən müəssisədə Hesablama Palatası heç kimlə razılaşdırmadan yoxlamalar aparmalıdır və bu yoxlamaların nəticəsi barədə də dövləti, dövlət orqanlarını, o cümlədən də Milli Məclisi məlumatlandırmalıdır”.“Yol hərəkəyi haqqında” qanun layihəsi barədə danışan millət vəkili “birinci oxunuşda mən dəyişiklik edilən 12-ci maddə ilə əlaqədar olaraq təklif vermişdim” deyə bildirib: “Burada da deputat həmkarlarım tərəfindən həmin təklif çox normal qarşılanmışdı. Heç bir etiraz olunmamışdı. Söhbət nədən gedirdi? 12-ci maddədə deyirik ki, hansı hallarda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər. Məsələn, birada 2-1-ci maddədə yazılıb ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, hərbi vəziyyət rejimi təbiq edildikdə… Mən təklif etmişdim ki, həm də cinayətkarın, yaxud cinayətkar qrupunun həbsi və ya zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar keçirilərkən. Yəni tutaq ki, hər hansı bir cinayətkar dəstənin üzvləri, cinayətkar yolun kənarında bir binada gizlənibsə, orada atışma ola bilərsə dünyanın hər yerində belədir ki, polis yolu bağlayır. Bu bizim qanunvericiliyə də salınmalıdır, biz buna qanuni hüquqi qüvvə verməliyik. Bu təklifimin qanuna daxil edilməməsinin səbəbini başa düşə bilmədim. Onsuz da bu cür hallar baş verəndə polis yolu bağlayır. Buna hüquqi vermək lazım idi”.Xarici qonağı qeydiyyata düşməyə məcbur etmək doğru deyilAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi barədə fikirlərini bölüşən millət vəkili “qaldıracağım məsələ komitədə də geniş müzakirə olunub”, – deyə vurğulayıb: “Deputat həmkarlarım da öz narahatlıqlarını ifadə etdilər ki, xaricdən təyyarə ilə Azərbaycanda gələndə elan verilir ki, əgər şəxs, xarici ölkə vərəndaşı 15 günən artıq Azərbaycanda qalacaqsa gedib müvafiq icra hakimiyyətində qeydiyyata durmalıdır. Bu xaricilərdə mənfi təəssürat yaradır ki, ölkədə vətəndaşlar üzərində total nəzarət var. ABŞ-a, Böyük Britaniyaya uçanda təyyarədə kart paylayırlar. Şəxs onu doldurur və orada qeyd edir ki, ölkəyə daxil olandan sonra hansı oteldə, yaxud hansı ünvanda yaşayacaq. Viza alanda da eynilə viza üçün lazım olan sənədləri dolduranda orada qeyd edir ki, ölkəyə daxil olacaq və hansı ünvanda yaşayacaq. Əgər bunları bu qaydada etmək mümkündürsə, onu təyyarədə elan eləmək və sonra da kimsə burada istirahətə gəlibsə onu qeydiyyata düşməyə məcbur etmək doğru deyil. Tutaq ki, 15 günlük gəlib, 3 gün Bakıda qalır, yaxud 3 həftəlik gəlib. Bunun misal üçün bir həftəsini Şəkidə, bir həftəsini Qubada keçirəcək. Hər dəfə gəzdikləri yerlərdə qeydiyyata düşməldirlər? Ona görə bunun mənası və əhəmiyyəti yoxdur. Məsələn, tutaq ki, filan oteldə qalacağını qeyd etdi, amma orada qalmadı, məsələn gedib Şəkidə qaldı. Guya polis onu hər axşam yoxlayacaq ki, məsələn “Hilton” otelindəsən ya yox? Bu nəyi dəyişir, bizim xüsusi xidmət orqanlarına nə verir ki, biz bunu tələb edirik? Hər dəfə də millət vəkilləri bu məsələni qaldırır, komitədə, mətbuatda öz narazılığını ifadə edir ki, bunun xeyrindən çox, ölkəmizin imici üçün ziyanı var. Bu məsələ həm də siyasi məsələdir. Oqtay müəllim, mən xahiş edirəm ki, ölkənin siyasi rəhbərliyi ilə də bu məsələ müzakirə olunsun. Bir də komitənin iclasında başqa bir məsləni də qaldırmışdıq. Bu da onunla bağlıdır ki, bir çox ölkələrdə vətəndaşlığı pulla satırlar. Yaxud müəyyən məbləğ müəyyənləşdirirlər ki, o məbləğdə ölkəyə investisiya qoysan, ya daimi yaşayış hüququ, yaxud da vətəndaşlıq ala bilərsən. Mən Malta və Kipri misal kimi göstərmişdim. Hesab edirəm ki, bu məsələ də müzakirə olunmalıdır, Azərbaycan da artıq dünyada qəbul olunmuş bu təcrübədən istifadə eləməlidir ki, ölkənin iqtisadiyyatına kifayət qədər böyük məbləğdə vəsait yatıran xarici investorlara əgər arzulayarlarsa, onlara vətəndaşlıq hüququ verilsin”.“Tenderlərin keçirilməsi zamanı qanun pozuntularına yol verilir”Millət vəkili “Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində” dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı da təkliflərini səsləndirib:“Biz hamımız son vaxtlar ölkədə aparılan islahatları təqdir edirik. Cənab prezident də dəfələrlə vurğulayır ki, dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə olunmalıdır. Biz də qanunverici orqan olaraq bu istiqamətdə prezidentə kömək etməliyik və qanunları o səviyyədə təkmilləşdirməliyik ki, dövlət vəsaitlərini mənimsəmək çətinləşsin, yaxud mümkün olmasın. 308-2-ci maddə əslində korrupsiya maddəsidir və biz bu maddəni sərtləşdirməklə korrupsiyaya böyük zərbə vura, onun qarşısını ala bilərik. Bilirik ki, tenderlərin keçirilməsi zamanı da qanun pozuntularına yol verilir. Bu xalq arasında geri qaytarma adlandırılır, bu söz çox vaxt rusca işlənir – “otkat” adlanır. Yəni tender kimə verilirsə ondan pul alınır. İstintaq orqanı əksər hallarda bu iki razılaşan tərəflər arasındakı gizli razılaşmanı aşkar edə bilmir. Burada korrupsiya faktının olmasının sübut edilməsi çox çətindir. Yəni qanunsuz tender keçirilirsə artıq bu qanunsuz əməlin özü korrupsiya əməli kimi qiymətləndirilməlidir və ona görə sərt cəza nəzərdə tutulmalıdır. Bunun qarşısını alan 2 məqam var. Birincisi, bu hansı hallarda cinayət məsuliyyəti yaradacaq? Xeyli miqdarda ziyan vurduqda. Dedim ki, bunu sübut etmək o qədər də asan məsələ deyil. İkincisi, burada 2 ilədək müddətdə azadlqdan məhrumetmə növündə cəza nəzərdə tutulur. Küçədə kimsə bir birinə sillə vuranda, yaxud 200 manat oğurlayanda da onu 2 ilədək müddətdə cəzalandırırlar. Və bu böyük təhlükə törətməyən cinayət hesab olunur. Buna görə də, korrupsiyaya qarşı mübarizəni gücləndirmıək istəyiriksə birinci cəza sərtləşdirilməlidir, ikincisi burada xeyli miqdarda ziyan sözü çıxarılmalıdır. Əmlin özü, yəni qanunsuz tender keçirdinsə, bu korrupsiya əməlidir və buna görə ciddi cinayət məsuliyyəti nəzərdə tutlmalıdır ki, vəzifəli şəxslər də o qanunu pozmasın. Ona görə təklif edərdim ki, müvafiq oprqanlar bu məsələni müzakirə eləsin. Biz həqiqətən də real olaraq bu istiqamətdə mübarizəni gücləndirmək istəyiriksə, real addımlar atmalıyıq”.


Teqlər:
Bu xəbər cəmi 1360 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR