Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gömrükdəki “Kalkulyator Rövşən” kimdir? – Rüsum məbləği ilə necə oynanılır?

Gömrükdəki “Kalkulyator Rövşən” kimdir? – Rüsum məbləği ilə necə oynanılır?

Dövlət Gömrük Komitəsi kadr islahatları adı altında müəyyən dəyişikliklər etdi. Əslində bu sadə riyazı gedişdən başqa bir şey deyildi. Komitə sədri sadəcə toplananların yerini dəyişdi. Lakin bu dəfə fərqli cəm ortaya çıxdı.


 


Belə ki, Avtonəqliyyat Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənli ölkəyə idxal edilən avtomobillərlə bağlı unikal adımlar atır. İlin əvvəlində idxal olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma bir yox, düz üç 70% əlavə edilir.


 


Qaynarinfo BakuNews.az-a istinadən xəbər verir ki, təxminən 10 min azn dəyərində olan, xaricdən alınaraq ölkəyə gətirilən avtomobilə 70% əlavə etdikdə təxminən 15 min manat edir. Hətta bu məbləği insaf müstəvisindən çıxmaqla 100%-lə rəsmiləşdirsən belə rəqəm 20 min manat olur.


 


Məlumatda qeyd edilir ki, yeni rəhbər təyinatından sonra isə məbləğ yuxarıda göstərilən təxmini 10 min manat olduğu halda Avtonəqliyyat Baş Gömrük idarəsində son rəqəm 25 min manat “müəyyən” edilir. Etiraz edənlərə isə idarənin girişindəki elanı göstərirlər.


 


“Vətəndaşların nəzərinə Avtonəqliyyat Baş Gömrük idarəsinin növbətçi hissəsində yerləşən idarənin daxili qaynar xətti gün ərzində xidmətinizdədir. tel:100”.


 


Lakin əsl məzhəkə bundan sonra başlayır. Yəni elan yapışdıranlar girişdə daxili zənglər üçün telefon aparatı qoyulmayıb. Elə isə bəs şəxs etirazını kimə, necə bildirsin? “Mən rəislə görüşmək istəyrəm” – deyə iddia edənlərə etiraz belə edilməyən idarədə isə şikayətçinin toxunulmadan bezdirilməsi, yəni müəyyən edilən rəqəmə razılaşdırılması taktikası da var. Həmçinin qeyd etmək yerinə düşər ki, idarə rəisinin görüş günləri müəyyən edilməyib. “Rəis məşğuldur, gözləyin vaxtı olan kimi sizi qəbul edəcək” – xəbərdarlığından düz 4-5 saat sonra qəlbinə Əli (ə) məhəbbəti düşən Həsən Hüseynli şikayətçini qəbul edir. Lakin bu zaman da komik durum yaranır. Bir zamanların ən populiyar qısa metrajlı komediya filmləri toplusu olan “Mozalan”dakı bir kadr yada düşür. Nəfəs çatışmazlığından xəstəxanaya düşən şəxs vəziyyəti kritikləşən an zarıyır – Ələmşah.


 


Avtonəqliyyat Baş Gömrük idarəsinin Ələmşahı, pardon, qiymət müəyyənedicisi isə Rövşən adlı şəxsdir. El arasında ona “Kalkluyator Rövşən” deyirlər. Həzrəti Həsən müəllimin də başı sıxışan, nəfəsi daralan kimi “ya Rövşən” deyib, lələyi yandırır. Belə ki, əlində kalkluyator otağa daxil oln Rövşən müəllim avtomobil sahibinə qanunların deyil, məhz özünün müəyyən etdiyi rəqəmi deyir. Yəni 25 min manatla bağlı heç nə dəyişmir. Həzrəti Həsən müəllimdə o qədər demokratdır ki, işçisinin dediynə etraz etmir. Bəs bu qəbul məzhəkəsi nəyə xidmət edirdi? Nədən vətəndaş 4-5 saat gözləyirdi?


 


Mənbənin bildirdiyinə “Həkim Eldostunun verdiyi bütün kitabları oxuduğu üçün qılıncı belində duran Rövşən” müəllim bu işdə çox səriştəlidir. O nəinki rəqəm müəyyən edir hətta “bütün dilləri başa da düşür”. Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, idarə dövlət tərəfindən ən müasir hesablama aparatları ilə təchiz edilib. Həmin aparatlardan istifadə imkanları da məhdud deyil. Sadəcə mümkünsüzdür. Yəni işləmir.


 


Əslində Həzrəti Həsən müəllimin prizmasından yanaşsaq bu vəziyyət çox normaldır. Əgər aparat varsa Rövşənə nə ehtiyac var? Yox əgər Rövşən varsa, o halda aparat nə üçün işləməlidir? Məhz ona görə Həzrəti Həsən müəllim “dəmir yığınına” deyil, insana, yəni “quş dili” bilən Süleymana, təkrar pardon, Rövşənə üstünlük verir. Xatırladaq ki, ölkə başçısının bu sahədəki qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq Sərəncamı da var. Amma şahidlərin bildirdiyinə görə həmin Sərəncam Avtonəqliyyat Baş Gömrük İdarəsində sadəcə işləmir. Məsələ bununla da bitmir. Mənəbnin bildirdiyinə görə avtomobil idxalçılarında bu idarə ilə bağlı “8-ci pəncərə” xofu da var. Bilirsinizmi nədən? Çünki o pəncərədən baxan göz, qiymət deyən dil Rövşən müəllimindir…


 



 



Teqlər:
Bu xəbər cəmi 2205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR