Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Alimlər Akif Əlizadəni qınadı: “Ağsaqqal adamsan…”

Alimlər Akif Əlizadəni qınadı: “Ağsaqqal adamsan…”


Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə  “Report”-a verdiyi müsahibəsində  “Son 3-4 ildə məhkəmələrə Akademiyanın mənzillərlə əlaqəli düzgün mövqeyini isbat etmişik.” və s. deyə bildirib. Vallah adam bilmir nə desin. Ağsaqqal adam olasan, o böyüklükdə AMEA-nın prezidenti, Akademiki olasan, ölkənin ziyalısı sayılasan, yataqxana sakinləri üçün tikilmiş 128 mənzilli bir binanı mənimsəyərək (əlbəttə, tikinti şirkəti ilə birlikdə) 60-a yaxın yataqxana sakinini evsiz qoyasan, sonra da guya döğru iş gördüyünü deyəsən, bu mənzillərdən guya “xəbərimiz yoxdur” deyərək camaatı, oxucuları bu qədər aldadasan; bizcə bu hərəkətlər yuxarıdakı titullara yaraşmaz. Ən azı AMEA-nın minlərlə işçisinin hamısı işin nədən ibarət olduğunu, sizin nə işlər gördüyünüzü çox yaxşı bilir. Cənab akademik, sizlərin üzünə heç kəsin heç nə demədiklərinə baxmayın, pərdə arxasında sizin haqqınızda nələr danışıldığını bilmirsiniz.



Siz bu məhkəmə proseslərində qanuni heç nəyi isbat edə bilməmisininz. Sizin isbat etdikləriniz isə aşağıdakılardır:



Siz sübut edə bildiniz ki, sizin arxanız, dayağınız nə qədər möhkəmdir və əliniz nə qədər uzundur. Siz sübut etdiniz ki, prokurorluq orqanlarına, məhkəmələrə asanlıqla təsir edə vəonları asanlıqla ələ ala bilirsiniz. Siz sübut edə bildiniz ki, dövlət nəzarətində olan kütləvi informasiya vasitələrinə, televiziyalara nə qədər təsir edə bilirsiniz. Televiziyaların hamısına yazılı müraciətlərimiz olsa da, qorxularından onların biri də cəsarət edib bizim məsələni işıqlandırmağa gəlmədi.Siz sadəcə sübut edə bildiniz ki, Azərbaycan Respublikasının qanunları sizin üçün yazılmayıb və bu qanunların sizə heç bir təsiri yoxdur. Siz sübut etdiniz ki, havadarlarınızın köməkliyi ilə Respublika Prezidentinə göndərdiyimiz teleqram və məktubların ona çatmasının qarşısını çox asanlıqla ala bilirsiniz. Siz sübut etdiniz ki, yalanlar danışmaqla Respublika Prezidentini də aldada bilirsiniz.Siz sübut edə bildiniz ki, mərhum Prezident Heydər Əliyevin həyat yoldaşı, indiki Prezident İlham Əliyevin anası mərhum Akademik Zərifə Əliyevanın Fiziologiya İnstitutunda vurulmuş barelyefini çəpərləyə, toz-torpağa batıra, zibillik kimi yerdə saxlaya və havadarlarınızın köməklityi ilə bununPrezidentə çatdırılmasının qarşısını asanlıqla ala bilirsiniz.Siz sübut edə bildiniz ki, tikinti şirkəti ilə birlikdə qiyməti 10 milyon manat ətrafında olan bir binanı mənimsəyə və bununla əlaqədar Korrupsiya ilə Mübarizə İdarəsini susmağa məcbur edə bilirsiniz. Siz sübut etdiniz ki, Fövqəladə Hallar Nazirliyinə təsir edərək,sənədlərdə 2013-cü ildən sökülmüş olan yataqxananı sökdürmədən, sakinlərin başına toz-torpaq ələdə-ələdə yataqxananın 6-7 metrliyində 16 mərtəbəli binaları tikdirə bildiniz (çox güman ki, sakinlərə veriləcək kirayə pullarını da şirkətlə birlikdə mənimsəmisiniz). Siz sübut edə bildiniz ki, qeyri-qanuni protokollar tərtib etməklə sənədləri asanlıqla saxtalaşdıra bilirsiniz və buna görə sizin gül üzünüzə külək əsdirən yoxdur. Siz sübut edə bildiniz ki, insanları aldada, birinci püşkatmanın sənədlərini, sübutlarını məhv edə, bunu soruşan məhkəmə orqanlarına yalanlar danışa, məhkəmələri bu haqda danışmamağa məcbur edə bilirsiniz.Siz sübut edə bildiniz ki, müqaviləni əsas götürdüyünüz halda, onun tam əksi olaraq, sakinlərin bir neçəsinəəvvəlcə Şərifzadə küçəsində tikilən binalardan mənzillər verib, sonradan əllərindən alaraq (axı onların qiyməti daha bahadır), əvəzində Masazırdan, Xırdalandan (özü də Şərifzadə küçəsindəki ilə müqayisədə təqribən 1,5 dəfə az sahə ilə), eləcə də16 mərtəbəli binaların 17-ci mərtəbəsindən(çardaqdan) mənzillər verə bilirsiniz və buna görə heç kəs sizə bir söz deyə bilmir, məhkəmələrdə də bunları “görə bilmirlər”.Siz sübut etdiniz ki, seyid nəslindən ola-ola (bu da dəqiq məlum deyil) əziyyətlə dolanan, sizin bir aylıq gəlirinizi ömrü boyu qazana bilməyən, sabah yataqxana sökülərsə küçələrdə qala biləcək insanların haqqını əllərindən alaraq asanlıqla yeyə bilirsiniz və s.



Bunları sübut edən sənədlər və faktlar:




  1. 2002-ci ildə mərhum Prezident Heydər Əliyevin sərəncamı və AMEA mənzil komissiyasının tərtib etdiyi, o vaxt AMEA Rəyasət Heyətinin üzvü, indi AMEA-nın prezidenti olan Akif Əlizadənin də təsdiqlənməsinə razılıq verdiyi protokol əsasında sakinlərə verilmiş yaşadıqları mənzilin orderi. 


  2. AMEA-nın mərhum prezidenti M.Kərimovun Respublika Prezidenti İ.Əliyev Cənablarına ünvanladığı 22 fevral 2011-ci il tarixli müraciəti.


  3. 08 noyabr 2012-ci il tarixində tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə keçirilmiş yataqxana sakinlərinin iclasının 1 saylı protokolu və yataqxanada yaşayan sakinlərin razılıq imzası olan siyahı.


  4. 14 fevral 2012-ci ildə AMEA ilə  “Evrostroy-S” tikinti şirkəti arasında bağlanmış müqavilə və onun 1.1, 1.3, 2.1.1, 2.1.3, 3.2, 6.1 bəndləri.


  5. Yataqxananın sökülməsi və ərazidə binaların tikilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 19.12.2012-ci il tarixli, 564 saylı sərəncamı.


  6. “Aspirantlar Yataqxanası”nın sakinləri üçün tikilmiş və mənimsənilmiş 1 və 2 bloklarından ibarət yaşayış binasının eskiz layıhəsi.


  7. 2015-ci iliyul ayının 08-də, yəni yataqxana sakinləri üçün tikilən binanın tikintisi başa çatacağı ildə AMEA ilə “Evrostroy-S”  tikinti şirkəti arasında tərtib edilmiş və imzalanmış, nömrəsi olmayansaxta “PODRAT MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR” protokolu.


  8. 07 oktyabr 2013-cü ildə eyni gündə tikinti şirkəti ilə bağlanmış ardıcıl müqavilələrəsasında AMEA prezidenti Akif Əlizadə, AMEA mənzil komissiyasının sədri İbrahim Quliyev və AMEA İşlər İdarəsinin müdiri, mənzil komissiyası sədrinin müavini Fətəli Abdullayevin “nəqd pulla” aldıqları mənzillər (müqavilələrin surətləri internet saytlarında verilib).


  9. AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man);


  10. Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man); 


  11. AMEA-nın Vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man);


  12. AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man);


  13. Boynunuza almadığınız, lakin sonradan mətbuatda üzə çıxan, yataqxana sakinləri üçün tikilmiş, lakin bır mənzili də yataqxana sakinlərinə verilməmiş I və II bloklardakı 73 mənzilin (yerdə qalan 55-ini şirkət mənimsəyib) AMEA prezidenti tərəfindən mənimsənildiyini sübut edən sənəd.


  14. Həm Səbail rayon məhkəməsində, həm də Bakı Apelyasiya məhkəməsində məhkəmə iclasını aparan hakimlərin iclasın videoçəkilişlə aparılması vəsatətlərini təmin etməmələri (!). Səbail rayon məhkəmələrindəsakinlərin qaldırdıqları vəsatətlərin əksəriyyətinin heç bir əsas göstərilmədən hakimlər(Mədinə Bağırova və digərləri) tərəfindən rədd edilməsi, AMEA tərəfinin qaldırdıqları vəsatətlərin isə heç bir əsas göstərilmədən dərhal və qeyd-şərtsiz qəbul edilməsi, bəzən hakimlərin AMEA tərəfdarı kimi çıxış etmələri,hakimlərin sübut olunmuş saxtakarlıqlara, qanun pozuntularına göz yummaları, sakinlərin təqdim etdiyi dəlil və sübutları bilərəkdən stenoqramlarda qeyd etməmələri.Bakı Apelyasiya məhkəməsində sədr Raqib Qurbanovun heç kəsi və heç bir tərəfi dinləmədən iş haqqında bəri başdan fikir söyləyərək, məhkəmə başlayan kimi iddiaçılara (yataqxana sakinlərinə) üzünü tutaraq amiranə səslə Apelyasiya şikayətini nahaq etdiklərini, AMEA-nın haqlı olduğunu bildirməsi (hakimin özü bu halda Azərbaycan Respublikasının Məhkəmələr və Hakimlər haqqında Qanununun 99-cu maddəsini pozmuşdur). Hakimin özünün qaldırdığı vəsatətdə tələb olunan sənədi AMEA təqdim etməyəndə (əvəzində hakimə iddiaçılar tərəfindən təqdim olunmuş başqa sənədin surətini AMEA yenidən göndərmişdi, axı tələb olunan sənəd gəlsəydi, məsələlər AMEA-nın xeyrinə olmayacaqdı) susub səsini çıxarmaması,sakinlərin hər şeyi sübut etdikləri halda qərarda guya onların qaldırdıqları məsələləri sübut edə bilmədiklərini yazmaları və s.


  15. Respublika Prokurorluğuna, Korrupsiya ilə Mübarizə İdarəsinə, Yasamal rayon Prokurorluğuna göndərdiyimiz müraciətlərdə göstərdiyimiz mənimsəmə faktlarının araşdırılmaması və bu haqda reaksiyanın olmaması və s.



Saray qəsəbəsində tikilən binalara görə özünüzü humanist göstərməyə çalışmayın. AMEA əməkdaşları üçün maksimum ödəniş müddətini 3 il təyin etmisiniz (!?) və ayda orta hesabla 300 manat maaş verdiyiniz AMEA əməkdaşlarından hər ay təqribən 500-900 manat ödəniş edilməsini tələb edirsiniz. Bu da ayrıca bir mövzudur.



Cənab akademik,düzgün olduğunuza güvənirsinizsə, sizin özünüzlə, yaxud ən bacarıqlı nümayəndələrinizlə, hətta sizin məhkəmələri aparan hakimlərinizlə istənilən televiziya kanalında canlı (ancaq canlı) debata çıxmağa hazırıq. Bacarırsınızsa, orada bizim haqsız olduğumuzu sübut edin. Bax onda xalq kimin haqlı, kimin haqsız olduğunu gözəl biləcək.Biz bəri başdan bilirik ki, siz buna cəsarət etməyəcəksiniz.Yoxsa, bağlı məhkəmə qapıları arxasında sizin diktənizlə yazılan məhkəmə qərarları həqiqəti əks etdirə bilməz.


Teqlər:
Bu xəbər cəmi 2595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR