Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dərsliklər yığılıb, "tədris" isə davam edir - Məktəblərlə bağlı daha bir anormallıq

Dərsliklər yığılıb,

Tədris ilinin müddəti ilə bağlı ciddi problem yaranıb, məsələyə yenidən baxılmalıdır 


 


 


2014-cü ilin noyabr ayında keçmiş Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatdırılmasına qərar verildi. Və artıq 5 ildir ki, tədris ili bu formada davam etdirilir. Amma...


 


 


 Məsələ ondadır ki, məktəblərdə tədris faktiki olaraq dayanıb, dərs proqramları isə başa çatıb. Artıq bəzi məktəblərdə şagirdlərdən kitablar belə, yığılıb. Buna baxmayaraq uşaqlara iyunun 14-ə qədər məktəbə gəlmələri tapşırılıb. Proqram bitdiyi üçün demək olar ki, bəzi məktəblərdə dərs də keçilmir. Valideynlər isə bu durumla narazıdır.


 


 


Dərs proqramı bitib, dərs keçilmir və hətta kitablar belə yığılıbsa, uşaqlar niyə məktəbə getməlidir?


 


 


Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil. Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin keyfiyyətinin aşağı olması qədər xeyli həlli vacib problemlər var: "Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz". Amma eyni zamanda ekspert onu da vurğulayıb ki, bütün bunlarla yanaşı dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Çünki ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 14-nə kimi uzatmağa şəraiti yoxdur. Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb.


 


 


K. Əsədov qeyd edir ki, ABŞ-da birincilərin bərabər məktəbə getdiyi müəyyən bir gün yoxdur. İş ondadır ki, bir çox Amerika məktəbləri tədris ilinin başlandığı günü seçməkdə sərbəstdirlər, sadəcə qaydalara görə müəyyən müddət ərzində məktəb qapılarını uşaqların üzünə açmalıdılar.


 


 


Hökumət məktəb direktorları barədə qərarını dəyişdi "Bu, avqust ayının ortasından sentyabr ayının ortasına qədərdir, eləcə də 180 günlük tədris ili planını yerinə yetirməlidirlər (tədris ilinin sonu may-iyun ayına düşür)" – deyə o əlavə edib. Ekspert vurğulayıb ki, ABŞ-da bütün birincilər məktəbə gəlmir. Çünki orada "home schooling"- evdə təhsil anlayışı mövcuddur: "Bununla yanaşı, evdə yalnız xəstə deyil, eləcə də tam sağlam uşaqlar da qalır. Pedaqoq rolunda uşaqların valideynləri çıxış edir. Onlar proqram təqdim etməli və uşaqlarının müvəffəqiyyətlərinin hesabatını verməlidirlər. Orta hesabla dərslər 8-9 arası başlayır, sonra isə uşaqların 5-6 dərsi olur. Dərslərin müddəti 55 dəqiqə olur, bu dərslərin arasında bir saatlıq lanç olur. Bu, uşaqlara dərs gününün sonuna qədər dözmək üçün lazımdır. İbtidai sinifdə qiymətlər verilmir, bu, pedaqoji hesab edilmir".


 


 


 


 


 


 


Ekspert hesab edir ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsi uşaqlar üçün faydalıdır. Çünki şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var.


 


"Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir" – ekspert bildirib.


 


 


 


 


 


 


 


 


 


Millət vəkili Asim Mollazadə isə mövzu ilə bağlı bildirib ki, təhsil ili real proqramla təmin olunmalıdır: "Hər bir saatın arxasında real dərs durmalıdır. Təqvim bu prosesə uyğun deyil. Söhbət bu təqvimi nə ilə doldurmaqdan gedir. Burada da çox ciddi işlər görülməlidir. Kurikulum üzərində işlənilməlidir. Azərbaycanda vahid orta təhsillə bağlı olan proqramı olmalı, uşaqların hansı biliklərə yiyələnməsi ilə bağlı sistem olmalıdır. Mənə elə gəlir ki, bunun üzərində çox iş görülməlidir. Hər şey hesablanmalıdır. Və məhz kurikulum əsasında təqvim hazırlanmalıdır".


 


 


 


A.Mollazadənin sözlərinə görə, hazırkı vəziyyətdə dərsliklərin üzərində işlənilməli, tədris proqramının mahiyyətində çox ciddi dəyişikliklər edilməldiir. Burada beynəlxalq təcrübədən istifadə edilməli, bununla yanaşı Azərbaycanda elmi araşdırmalarla məşğul olan mərkəzlər bu istiqamətdə Təhsil Nazirliyi ilə əməkdaşlıq etməlidir.


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva bildirib ki, o da tədris ilinin əvvəlki kimi olmasının tərəfdarıdır. Çünki iyun ayı isti keçir: "Düşünürəm ki, tədris ilinin sentyabrın 1-i başlayıb, may ayının sonunda bitməsi daha effektiv olardı". Millət vəkilinin sözlərinə görə, əvvəl tədris ili sentyabrın 1-i başlayıb, mayın 30-31-i başa çatırdı."Dünya təcrübəsinə nəzər salsaq, elə ölkələr var ki, orada heç yay tətili yoxdur. Çünki onlarda təhsil ilində 1 aylıq, iki həftəlik fasilələr olur. Mənim fikrimcə, Azərbaycanda yay tətili çox vacibdir. Çünki ölkənin aran rayonlarında və Bakıda havalar çox isti keçir. Əvvəl yaxşı idi, yoxsa indi? Bunu deyə bilmərəm. Amma biz də məktəb oxumuşuq. Əvvəllər də kitablar mayın ortalarında yığılırdı. Ancaq uşaqlar tədris ilinin sonuna qədər məktəbə gəlir, yaya tapşırıqları alır, ümumiləşdirici dərslər keçirdi. Bu proses məktəb daxilində elə tənzimlənməlidir ki, uşaqlar boş qalmasın" – deyə millət vəkili qeyd edib.

Teqlər:
Bu xəbər cəmi 2690 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR