APA İnformasiya Agentliyi fəaliyyətini bərpa edib.
Yenimeydan.info-nun məlumatına görə, "APA" Holdinqə daxil olan APA İnformasiya Agentliyi - apa.az saytı ötən il avqustun 1-də fəaliyyətini dayandırmışdı. Agentliklə bərabər media holdinqə daxil olan digər bütün saytlar da bağlanmışdı.
APA Holdinqin prezidenti Vüsalə Mahirqızı bu ilin fevral ayında Online Xəbər Agentliyini (Online News Agency - ONA) yaratmışdı. Ardınca isə APA Holdingə daxil olan Lent.az, Kulis.az və Vest.az saytları da fəaliyyətini bərpa etmişdi.