Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir əvəzi direktor və idarə rəisini vəzifədən çıxardı: Növbədə “Camalovlar klanı”dır?

Nazir əvəzi direktor və idarə rəisini vəzifədən çıxardı: Növbədə “Camalovlar klanı”dır?


Müdafiə Sənayesi Nazirliyinin (MSN) strukturunda kadr dəyişikliyi olub. “AzeriDefence” xəbər verir ki, nazir müavini (nazir səlahiyyətlərini icra edir) Yəhya Musayevin ötən həftə imzaladığı əmrlə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Xəqani İsayev tutduğu vəzifədən azad edilib. X. İsayevdən boşalan vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Xəqani İsayev 2018-ci ilin əvvəlində mərhum nazir Yavər Camalovun əmri ilə “Optika-Mexanika” İstehsalat Birliyinə baş direktor təyin edilmişdi. O, bu vəzifəyə qədər “Cihaz” İstehsalat Birliyində çalışıb. Məlumatda qeyd olunur ki, X. İsayev mərhum nazir Y. Camalovun kadrlarından olub və bu vəzifəyə də Camalov tərəfindən irəli çəkilib.

Nazirlik kluarlarında dolaşan məlumata görə, Y. Musayevin növbəti hədəfi “Üfiq” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev ola bilər. Məlumatda o da qeyd olunur ki, Y. Musayevin digər əmri ilə ötən həftə Nazirliyin Əsaslı Təmir və Tikinti İdarəsinin müdiri Tacəddin Mirzəyev də vəzifəsindən azad edilib. Bildirilir ki, Y. Camalovun qaynı T. Mirzəyev MSN strukturlarında “at oynadanlardan” olub və onun fəaliyyətinin araşdırılması üçün sənədlərin hüquq-mühafizə orqanlarına göndəriləcəyi gözlənilir.

MSN-dəki mənbələrdən Reyting.az-a daxil olan məlumatda isə bildirilir ki, sabiq nazir Yavər Camalovun adıçəkilən nazirlikdə çalışan qohumlarının da karyerasına təhlükə yaranıb. Bu sırada Nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılovun (Yavər Camalovun qardaşı Əlikram Camalovun kürəkəni), Yavər Camalovun Milli Aerokosmik Agentliyin direktor müavini vəzifəsində çalışan qardaşı Əlihüseyn Camalovun, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun (Yavər Camalovun “Azneft”də mühəndisi olmuş, yaxın dostu Əbil Şükürovun oğlu), Yavər Camalovun dayısı Pirverdi Məmmədovun da adları hallanır.

İddia olunur ki, Camalovun qohumları ilə Yəhya Musayev arasında münaqişə hələ bir neçə il əvvəl yaranıb. MSN-də özlərini nazirliyin “söz sahibi” kimi aparan Camalovun qohum-əqrəbasından bir neçəsi Yəhya Musayevi saymayıb, hətta Yavər Camalov xəstəliyi ilə əlaqədar işə çıxmadığı vaxtlarda onu əvəz edən Y. Musayevin əmr və tapşırıqlarına lazımi səviyyədə əməl etməyiblər. Y. Camalov dünyasını dəyişəndən sonra nazir postuna MSN-in Aparat rəhbəri Üzeyir İsmayılovun gətirilməsi üçün işə başlayan bu komandanın Y. Musayev barədə müxtəlif KİV-lərə kompromatlar ötürməyə çalışdıqları da verilən məlumatlar sırasındadır. Hazırda nazirlikdə mövcud olan “Camalovun ailə komandası”nın bəzi üzvləri yeni yaradılan “Azərsilah” ASC-də özləri təmsil olunmasalar da, Y. Musayevi də yeni qurumdan kənarda qoymağa çalışırlar.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin cari ilin yanvar ayında imzaladığı fərmanla MSN ləğv edilərək yerində “Azərsilah” ASC-nin yaradılması nəzərdə tutulub. Hazırda nazirliyin “Azərsilah” ASC-yə keçidi ilə əlaqədar hökumət tərəfindən işlər həyata keçirilir. “Azərsilah” ASC-nin strukturu, rəhbərliyi təsdiq olunana qədər qanunvericiliyə uyğun olaraq MSN fəaliyyətini davam etdirəcək/Reyting.az


Teqlər:
Bu xəbər cəmi 2320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR