Abşeron rayon Masazır bələdiyyə sədri Siyanfər Əliyevin Masazırda “Ay alan məmləkəti Rey satıram” prinsipi ilə bütün əndazəni aşması sənədlərlə sübut olunur. 2007-ci il dekabrın 1-dən sonra vətəndaşlara bələdiyyələr və icra hakimiyyətləri tərəfindən satılmış torpaq sahələrinə mülkiyyət hüququ verilməyəcək. Qeyd edək ki, 2007-ci ilin sonlarında Ədliyyə Nazirliyinin göstərişi ilə bələdiyyələrə torpaq satışı qadağan edilib. 2008-ci ilin dekabr ayından isə dövlət başçısının imzaladığı fərmanla torpaqların hərrac və müsabiqə yolu ilə mülkiyyətə verilməsi Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətinə daxil edilib.Bütün bunlara baxmayaraq Siyanfər Əliyev 2009-cu ildə qanunu kobud şəkildə pozaraq bələdiyyə qərarı ilə torpaq satışı həyata keçirib. Bu barədə cumhuriyyet.az olaraq əldə etdiyimiz sənədlərdən birinin surətini diqqətinizə çatdırırıq:
Hazırki proseslər göstərir ki, Masazır bələdiyyəsinin üzvləri artıq belə bir durumla barışmaq istəmirlər. Bələdiyyə daxilindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, S.Əliyevin uzun illər qəsəbədə əldə etdiyi imkanlardan indi bələdiyyə üzvləri pay istəyir: “Masazır ərazisində Siyanfər əliyevə məxsus xeyli sayda torpaq sahələri var. Qəsəbənin müxtəlif yerlərində olan bu torpaqlar maraqlı bir vasitə ilə nişanlanıb. Belə ki, bələdiyyə sədrinin torpaqlarının hamısı üç daş üzərində hasara alınıb.”
Digər etibalı mənbənin verdiyi məlumata görə, Masazır bəlidiyyəsinin sədrinin iki peçatı var. Birindən icra başçısını və aidiyyatı qurumların xəbəri var, digərini isə bələdiyyə sədri gizli saxlayır və qanunsuz işlərinin ara-sıra ikinci peçatla həyata keçirir. Bələdiyyə sədrinin saxtakar və qanunsuz əməlləri bununla bitmir. Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan sənədlərdən görünür ki, Masazır bələdiyyəsinin xaric olan sənədlərin qeydiyyat kitabında açıq aşkar cinayət əməlinə yol verilib. Belə ki, kitabda qeydiyyat ardıcıl qaydada aparılmayıb və bir neçə boş yerlər buraxılıb. Bu boş buraxılmalar isə sonradan bəzi sənədlərin keçmiş tarixə qeydiyyata salınması üçün edilir. Bir neçə belə sənədlərin surəti də redaksiyamıza təqdim edilib və növbəti yazıda bu mövzuya qayıdacağıq.
– Xətai rayonunda 500 dövlət nömrə nişanı ilə qəza törədərək adam öldürən DYP əməkdaşı kim olub?
– Raqub Allahverdiyev bu qəzanı niyə və necə öz üzərinə götürüb?
– Bələdiyyə sədrinin qaynı və əmisi bələdiyyədə necə işə düzəlib
– Masazırda zibil maşınlarının nömrə nişanı olmamasının səbəbləri
– Molulova Reyhan necə bələdiyyə üzvü olub?