Yenimeydan.info xəbər verir ki, nazir Ceyhun Bayramovun əmri ilə həmin məktəbə Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin (200 və 43 saylı məktəb) təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Nəzərova təyin edilib.
O, artıq bu gündən kollektivə təqdim olunub.
Xatırladaq ki, Elina Hacıyevanın intiharından sonra sözügedən məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi açılaraq, barəsində ev dustaqlığı qərarı çıxarılıb.