Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Belə bina tikənlərin atalarını gordan çıxaracaqlar" - Xalq şairindən dözülməz vəziyyətə etiraz


"Bu gün Xırdalanln yeni məhəllələrindən birinə qonaq getmişdim. Getməyimə peşman oldum".


 


 


BakuPost xəbər verir ki, bunu Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı özünün Feysbuk səhifəsində yazıb. 


 


Bildirib ki, belə bir acı peşmançılıq duyğusunu Yeni Yasamala gedəndə yaşayır: "Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər?


 


Niyəbizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşl qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq!..


 


Görəsən, dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz. Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər?..


 


Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir...


 


Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır?


 


Bəs bu Xırdalan deyilən şəhərin bir sahibi yoxdur?"

Teqlər:
Bu xəbər cəmi 1600 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR