Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıdakı rus məktəblərində dilimizə hörmətsizlik... – Xalq şairi danışır

Bakıdakı rus məktəblərində dilimizə hörmətsizlik... – Xalq şairi danışır
Sabir Rüstəmxanlı:“Bu məktəblərdə Azərbaycan dili dərslərinə çox etinasız yanaşırlar. Müəllimlər Azərbaycan dili fənni olanda şagirdləri evə buraxırlar”

Azərbaycanda niyə bu qədər çox rus dili məktəbi olmalıdır ki? Bizim dövlət dilimiz var və rus dilli məktəblərdə oxuyanların 90 faizi azərbaycanlıdır. Niyə vətəndaşımız doğma dilimizdə təhsil almalı deyil?






 


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fərqli dillərdə təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili üzrə imtahan keçirilib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılıb.


 


İmtahanların keçirilməsi təbii ki, dilimizin təbliği baxımdan müsbət dəyərləndirilməlidir. Məlumdur ki, bəzən Azərbacyanda doğulan və böyüyən uşaqlar rus məktəblərində təhsil aldıqları üçün doğma dilimizdə normal danışa bilmirlər. Hətta belə məmurların sayı da kifayət qədər çoxdur.






Məsələyə münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı "Sherg.az”a açıqlamasında deyib ki, başqa dildə təhsil alanlar üçün Azərbaycan dili imtahanları keçirilirsə, bunun dilimizin möhkəmlənməsinə aidiyyəti yoxdur.






Xalq şairi vurğulayıb ki, hansı bölmədə oxumaqlarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz dilini bilməlidir:


 


"Dövlətimizin rəsmi dili Azərbaycan dilidir. Azərbaycan vətəndaşı olan və burada doğulun böyüyən hər kəsin dilimizi bilməsi vacibdir. Bu cür imtahanlar sadəcə olaraq dilimizə olan marağı və nüfuzu gücləndirmək, dilə sayğını artırmaq baxımından maraqlıdır. İmtahanlar oldu-olmadı Azərbaycan dili kifayət qədər zəngindir və öz qanunları ilə inkişaf edir”.






Azərbaycanda doğulsa belə öz dilimizdə danışa bilməyən vətəndaşlarımıza gəlincə S.Rüstəmxanlı bildirib ki, belə halların qarşısını almaq üçün rus məktəblərində Azərbaycan dili dərslərinə daha tələbkar yanaşmaq lazımdır:


 


"Bu dərslər kifayət qədər ciddi keçməlidir. Adətən, Bakıdakı rus məktəblərində Azərbaycan dili dərslərinə çox etinasız yanaşırlar. Müəllimlər Azərbaycan dili fənni olanda şagirdləri evə buraxırlar. Ona görə də rus məktəblərində həmişə Azərbaycan dili dərslərinə ögey münasibət olub. Məlum vəziyyət dilimizə qarşı çox böyük hörmətsizlikdir. 






Bu, sovet dönəmində də belə idi. Ümumiyyətlə, Azərbaycanda niyə bu qədər çox rus dili məktəbi olmalıdır ki? Bizim dövlət dilimiz var və rus dilli məktəblərdə oxuyanların 90 faizi azərbaycanlıdır. Niyə vətəndaşımız doğma dilimizdə təhsil almalı deyil? Fikrimcə, problemin həlli üçün əvvəlcə bu suala cavab tapmaq lazımdır”.





Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR