Təhsil naziri Ceyhun Bayramov Nazirliyin Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi haqqında əmr imzalayıb.
"Yenimeydan.info" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin saytında məlumat dərc edilib.
Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyi aşağıdakı tərkibdə təsdiq edilib:
Billurə Hacızadə – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi (rəhbər);
Nigar Hacıyeva – İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (üzv);
Həcər Hacıyeva – İnformasiya şöbəsinin Vətəndaşların müraciətlərinə baxılması sektorunun aparıcı məsləhətçisi (üzv).
Əmrin icrasına nəzarət Apellyasiya Şurasının sədri, nazir müavini Firudin Qurbanova həvalə edilib.