Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanlar barədə hesabat yayıb.
Unikal.org xəbər verir ki, hesabatda deyilir:
2018-ci ilə büdcə qanunvericiliyini müvafiq olaraq mühasibat uçotu və hesabatlılıq ilə bağlı - Bakı Slavyan Universiteti (BSU) 97,1 faiz, Azərbaycan Tibb Universiteti (ATU) 89,0 faiz və Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) 73,6 faiz ciddi nöqsanlara yol verib.
Bakı Slavyan Universitetində (BSU) 5 ciddi nöqsana yol verilib. Büdcə qanunvericiliyinin pozulması 2 faiz, dövlət satınal maları ilə bağlı nöqsanlar 0.9 faiz təşkil edib.
Azərbaycan Tibb Universitetində (ATU) 7 ciddi nöqsana yol verilib. Universitetdə büdcə qanunvericiliyinin pozulması 8,4 faiz, əsaslı qoyuluşlar üzrə nöqsanlar 0.5 faiz, dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar 0,1 faiz, dövlət satınal maları ilə bağlı nöqsanlar 0,8 faiz, vergi və gömrük qanun vericiliyinin pozulması halı 1.1 faiz təşkil edib.
Bədən Tərbiyəsi və İdman Akademiyasında (BTİA) 6 ciddi nöqsan aşkarlanıb. Akademiyada büdcə qanunvericiliyinin pozulması 26,1 faiz, dövlət satınal maları ilə bağlı nöqsanlar 0,2 faiz, büdcədənkən ar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətdə nöqsanlar 0,1 faiz təşkil edib.
Hesablama Palatası nöqsanların aradan qaldırılması, buna şərait yaradan vəzifəli şəxslərin cəzalandırılması üçün müvafiq qurumlara müraciət edib.