Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə etdi

“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə etdi



Ölkənin ən gənc mobil operatoru “Nar”, satış şəbəkəsinin nümayəndələri ilə keçirdiyi görüşdə 2018-ci ilin nəticələrini açıqlayıb və ötən ilin müvəffəqiyyətli bir il olduğunu elan edib. Təqdim etdiyi yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri və müştəriyönümlü fəaliyyəti ilə seçilən mobil operatorun yeni abunəçilərinin sayı ötən il ərzində 22% artıb. Dilerlər sağlam və dayanıqlı iş birliyinə əsaslanan fəaliyyət nəticəsində ümumi satışın 65%-ni həyata keçiriblər ki, bunun da 68%-i Bakı, 32%-i isə regionların payına düşür. 



Unikal.org xəbər verir ki, “Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar”-ın əsas hədəfi şirkətin müştəriyönümlü brend strategiyasını satış şəbəkəsinin fəaliyyətində də əks etdirməkdir: “Nar” olaraq pərakəndə satış bazarında yeni bir inkişaf yolunun başlanğıcındayıq. Bizim kompakt, lakin çox aktiv fəaliyyət göstərən rəsmi diler şəbəkəmiz var. 2019-cu ilin mühüm planlarından biri diler şəbəkəmizi müasir tələblərə uyğun yeniləmək, təkmilləşdirmək və genişləndirməkdir. Bununla da, məqsədimiz “Nar” dükanlarını ziyarət edən müştərilərimizə üstün müştəri xidməti göstərmək, onların tələblərinə uyğun asan və rahat təkliflər irəli sürmək, bir sözlə, mükəmməl müştəri təcrübəsini təmin etməkdir”. 



“Nar” cari ildə satış şəbəkəsinin genişləndirilməsi məqsədilə, dükan sayını 90-a çatdırmağı, bütün dükanlarda şirkətin brend strategiyasını əks etdirmək üçün yenilənmə işləri həyata keçirməyi, eyni zamanda, effektiv fəaliyyət və müasir müştəri təcrübəsini təmin etmək üçün prosesləri müasir standartlara uyğun olaraq təkmilləşdirməyi qarşısına hədəf qoyub. 



“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.







 


 





  • “Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə etdi


  •  








Teqlər:
Bu xəbər cəmi 2465 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR