ANS televiziyası ittiham olunduğu Türkiyədə dövlət çevrilişinə cəhd maddəsindən 3 il sonra bəraət alıb.
Yenimeydan.info BakuPost-a istinadən xəbər verir ki, bu barədə keçmiş televiziya kanalının prezidenti Vahid Mustafayev məlumat verib.
O deyib ki, bir müddət əvvəl Paş Prokurorluqdan ANS-ə tam bəraət qazandıran məktub alıblar: "Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi. Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğuzu isbat etdi”.