Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda Qarabağ və Kərkük problemi müzakirə edilib

Bakıda Qarabağ və Kərkük problemi müzakirə edilib



Bu gün Bakıda "Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq Simpozium keçirilir.


Yenimeydan.info-nun məlumatına görə, tədbirdə İraq Türkmən Cəbhəsinin lideri, Kərkük millət vəkili Ərşad Salihi başda olmaqla, çox ziyalı iştirak edir.


 


Tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, AMİP-in lideri Etibar Məmmədov, millət vəkilləri və tanınmış ictimai-siyasi xadimlər başqaları da iştirak edir.


 


Simpozumda Kərküklə Qarabağ üzərindən Türk Dünyasının başlıca problemləri müzakirə edilir.


 


 


Tədbirin təşkilatçısı Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Yeni Çağ” Media Qrupudur. 


 


Tədbiri giriş sözü ilə Azərbaycan-Türkiyə Evinin rəhbəri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı açıb. O, qeyd edib ki, simpoziumun bu günə təyin edilməsi təsadüfü deyil:








"Bu qərarı dəyərli aydınlarımızla məsləhətləşərək verdik. Sabah isə Türk milli oyanış günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik.






Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi Türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.






Tənzilə Rüstəmxanlının salamlama çıxışından sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.






Sonra çıxış edən İraq Türkmən cəbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil:






"Biz əsarəti qəbul etmədiyimiz üçün bayrağımız hər zaman yüksələcək. Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək”.






Çıxış edən AMİP lideri Etibar Məmmədov Kərkük problemi ilə Qarabağ probleminin eyniləşdirilməsini dəstəkləyib:






"Bu problem bütün türklərin problemidir. Bütün türk dünyasına qarşı təzyiqlər var. Bu problemin həlli üçün türk dövlətləri ortaq iş görməlidir. Türklərin yaşadıqları yerləri tərk etdirilməsinin qarşısı alınmalıdır. Türk dövlətləri buna qarşı çıxmalıdır. Türkiyə və Azərbaycanın qarşısında duran vəzifələrdən biri də sıxışdırılan türklərin yanında olmaq, onlara siyasi, iqtisadi, mədəni dəstək olmaqdır”.










"Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz Türk milli ruhunun birləşdirilməsinin vacibliyini önə çəkib: 


"Xatırladım ki, ötən il "Fərqanədən Qarabağa”, bu il isə "Kərkükdən Qarabağa” simpozium təşkil olunub. Kərkük, Qarabağ, Anadolu – bunlar hamısı vətəndir. O vətəndə bütün Türk dünyası var. Türk dünyasını bir araya gətirmək üçün türk dövlətləri birgə səy göstərməlidirlər.






Kərkürk problemi təkcə Kərkükdə, Qarabağ problemi yalnız Qarabağda deyil. Nə qədər ki, milli ruh bütövləşməyib, vətənimiz parçalanacaq. Nə qədər ki, Türk ruhu bir araya gəlməyib, o problemlər elə də qalacaq”.






Çıxış edən xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, dünyanın hər yerində Qarabağ problemini təbliğ edirik: "Milli şüurun oyanması son dərəcə önəmlidir. Türkçülük bayramının keçirilməsi millətin varlığını qorumaq yoludur. Türk dünyası qlobal güclər tərəfindən sıxışdırılır. Türk dünyası min ildir İran-Turan, mədəniyyətlərin savaşındadır. SSRİ dağıldı, oradan ayrılıb müstəqil olan dövlətlərdən 5-i türk dövlətidir. O dövlətlər birlik yarada bilərdilər.






Türk dünyasının problemini ancaq QHT-lər qabardır. Ancaq dövlət bu işdə yoxdur. Bu gün keçirilən simpoziumda da dövləti təmsil edən nümayəndə yoxdur. Əslində dövlət bu işə dəstək verməlidir”.






Çıxışlardan sonra Simpozium çərçivəsində "Kərkük” Paneli işinə başlayıb.






"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin moderatorluğu ilə keçirilən Paneldə İraq Türkmən Cəbbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi, professor Qəzənfər Paşayev, professor Kürşad Zorlu, Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi, Türkiyə Qazi Universitetindən Çetin Almas, İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütüncü iştirak edirlər.






Birinci panel çərçivəsində təkrar çıxış edən Ərşad Salihi söylədi ki, bizə müxtəlif adlar qoydular, ancaq biz türkük:






"Qafqazda, Orta Asiyada türk olmaq çox çətin məsələdir. Orada türkləri sıxışdırırlar. Türkləri İraqda, Livanda, Suriyada heç kim dəstəkləmir. Kipri işğaldan azad edəndə necə hazır idiksə, Qarabağın da işğaldan azad edilməsinə hazırıq. Xocalı soyqırımı zamanı Səddam Hüseynin zülmündə idik. Ancaq Azərbaycanın müstəqilliyinə sevinirik. 1992-93-cü illərdə Azərbaycan Qarabağda, türkmanlar isə İraqda şəhid verirdi. İraqda referendum zamanı İraqın vahid qalmasını istədik. Bu gün İraqın vahid qalmasının səbəbkarı türkmanlardır.






Biz şəhidlər verdik, ancaq torpaqlarımızı vermədik, namusumuzu vermədik. Kərkükün üzərində oynanan oyunun eynisi Qarabağda oynanır. Əgər ayağımızın üzərində durmaq istəyiriksə, hamımız birlik olmalı, bir yumruq olmalıyıq. Bizi din pərdəsi altında parçalamaq istəyirlər. Ancaq biz İslamdan öncə var olan millətik.






İraq Türkman Cəbhəsinin sədri olaraq bildirirəm ki, dünyanın harasında bir türkün burnu qanayırsa, biz buna görə məsuliyyət daşıyırıq.






Ümid edirik ki, türk varlığı Kərkükdən Qarabağa doğru gedəcək”.






Çıxış edən professor Qəzənfər Paşayev Kərküklə əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.






Professorun sözlərinə görə, bu məsələdə dövlət də öz dəstəyini əsirgəməməlidir:"Belə bir tədbirin təşkili üçün Tənzilə xanıma, əməyi keçən hər kəsə təşəkkür edirəm.






İki il bundan əvvəl Türkiyədə bir konfrans keçirildi. Oradakı çıxışımda dedim ki, nə yaxşı, Türkiyə var, kiçik xalqların qayğısına qalan Türkiyə… Orada təklif səsləndi ki, Kərkük adına küçə verilsin.






Bir müddət əsarət altında olduğumuz üçün mənəvi dəyərlərimizə əhəmiyyət verə bilməmişik. O boyda nəhəng Nəsiminin məzarını 1960-cı ildə Rəsul Rza tapdı. Bundan on il sonra məlum oldu ki, Nəsiminin edam hökmü ədalətsiz elan olunub və ona bəraət verildi.


Ömrümün altmış ildən çoxunu Kərkük folkloruna həsr etmişəm, bu, təmənnasız bir xidmətdir. Şah İsmayıl Xətainin şeirlərində də türkman sözü işlənilir. Kərkükdə tarixi dövlətlərimiz olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var.






1968-ci ildə Rəsul Rza ilə mənim "Kərkük bayatıları” kitabımız çıxdı. Bu istiqamətdə müəyyən işlər görülür. Ancaq bizim Kərküklə, İraq türkmanları ilə əlaqələrimiz zəifdir. Bu məsələlərdə dövlət dəstəyinin olması vacibdir”.






Professor Kürşad Zorlu Kərkük və İraqdakı türkmanların problemləri barədə danışıb. O bildirib ki, getdiyi hər yerdə Kərkük və Qarabağ problemini gündəmə gətirir:






Kərkük və Qarabağı eyniləşdirmə çox məntiqlidir. Bunu bir araya gətirən ən əsas səbəb demoqrafik problemlərdir. Türkləri öz torpaqlarından qovurlar. Qarabağda, Şimali Kiprdə, Kərkükdə də bu problem var.






Azərbaycan türkçülüyü inşa edən ölkələrdən biridir.






Mosul 1918-ci ilə qədər Osmanlının torpağı olub. Atatürk Mosulun, Kərkükün Türkiyənin tərkibində qalması üçün çox işlər görüb, ancaq beynəlxalq güclər buna imkan vermədi. İraqda Səddam Hüseyndən əvvəl, onun vaxtında və sonra demoqrafik dəyişiklik yalnız türkmanlara qarşı edilib. Çalışırlar ki, türkmanlar kompakt yaşamasınlar və beləcə ölkəni rahat idarə etsinlər. Qarabağda da bu problem yaşanıb və yaşanmaqdadır.






Müstəqil olmaq düşüncəsi var. Türkmanlar bunu haqq edirlər. Ancaq bu gələcəyin düşüncəsidir. Türkmanlar o coğrafiyanın ən əsas gücləridir. Ona görə də daim onları sıxırlar. Türkmanların dillərini də yox etmək istəyirlər. Əgər bunu yox etsələr, millətimizi də yox etmiş olacaqlar”.


 


 


 


frame allowfullscreen="true" allowtransparency="true" frameborder="0" height="315" scrolling="no" src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fyenicagaze%2Fvideos%2F677342392718914%2F&show_text=0&width=560" style="margin: 25px auto; display: block; max-width: 100%; clear: both; float: none; border-width: initial; border-style: none; overflow: hidden;" width="560">






 


 




























Teqlər:
Bu xəbər cəmi 2290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR