Siyanfər Əliyev bu dəfə zibil qutularının yerini satdı-Foto/
“Göl” və “Vulkan”ı satan Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev bu dəfə məişət tullantılarının yığıldığı qutuların yerini satdı.
Yenimeydan.info Milletinsesi.az-a istinadən xəbər verir ki,bu barədə qəsəbə sakinləri məlumat verib. Onların sözlərinə görə, həmin ərazi Masazırda yerləşən Ə. Vahid adına orta məktəbin yaxınlığında yerləşir və bələdiyyə sədri adı çəkilən torpaq sahəsinin sotunu 25 min manata razılaşıb.
Onlar bildiriblər ki, Qəsəbənin ağsaqqalı Hacı Rasimin də etirazına baxmayaraq, Siyanfər Əliyev öz qanunsuz əməlini həyata keçirə bilib və zibil qutularının yerinə sahiblənən vətəndaşa oranın tez bir zamanda hasarlayaraq rənglənməsini tapşırıb. Bu üsul bütün qanunsuz torpaq və obyekt satan icra məmurları üçün spesifik üsuldur.
Qeyd edək ki, bundan əvvəl də Siyanfərin qanunsuz torpaq satması haqqında dəfələrlə məlumat yaymışıq. Amma hüquq mühafizə orqanları hər dəfə milyoner sədri izahat almağa çağırsa da sərbəst buraxır. Saytımızda gedən məlumatlarla bağlı Axar.az saytına açıqlama verən Siyanfər Əliyev bizim informasiyaların yalan olduğunu bildirərək, 2007-ci ildə indiyə qədər torpaq satışının həyata keçirmədiyini bildirmişdi. Faktlardan tam aydın görünür ki, ömürlük sədr həmişəki kimi yalan danışıb. Belə ki, bələdiyyədə bu ilin may ayı ərzində ən azı 6-7 dəfə torpaq satışı həyata keçirilib.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.