Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda Əhməd bəy Ağaoğlunun həyatına film çəkilə bilər - SABİR RÜSTƏMXANLI YAZIB

Azərbaycanda Əhməd bəy Ağaoğlunun həyatına film çəkilə bilər - SABİR RÜSTƏMXANLI YAZIB

"Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri” adlı əsərimə film çəkilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etmişəm, lakin müraciətim cavabsız qalıb”.


 


Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı deyib. O, millət vəkili Qənirə Paşayevaya Milli Məclisdə "Difai fədailəri” əsərinə film çəkilməsiylə bağlı fikir səsləndirdiyinə görə təşəkkür edib: "Qənirə xanıma bu məsələni yenidən gündəmə gətirdiyi üçün çox təşəkkür edirəm. Mən "Difai fədailəri” əsərimi iki il əvvəl yazmışam və onun motivləri əsasında film çəkilməsi üçün ssenari də hazırlamışam. Bunun üçün Mədəniyyət Nazirliyinə də müraciət etdim, lakin onlardan hələ cavab gəlməyib. Bu ilin əvvəlində Mədəniyyət naziri Əbülfəz Qarayevlə bu barədə söhbətimiz də oldu. O, "imkan olanda bu məsələyə qayıdarıq” dedi. Düşünürəm ki, Əhməd bəy Ağaoğluyla bağlı film çəkilməsi çox vacibdir və belə bir film ərsəyə gəlsə, çox sevinərəm”.


 


Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi təklifi ilə çıxış edib.


 


Millət vəkili çıxışı zamanı Prezidentə böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamından dolayı təşəkkürünü bildirib. Q.Paşayeva Ə.Ağaoğlunun Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olduğunu, onun erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynadığını söyləyib: "Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq, Qarabağ bölgələrinin birində onun abidəsinin ucaldılması çox yaxşı olardı. Eyni zamanda onun haqqında film çəkilməsi də vacib məsələdir. Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsini təklif edirəm”.


 


Millət vəkili Q.Paşayeva müvafiq qurumları Ə.Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi ilə bağlı təkliflərinin reallaşdırılması istiqamətində addımlar atmağa çağırıb.

Teqlər:
Bu xəbər cəmi 1775 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR