Milli Məclisin bugünkü iclasında deputatlar qaz və işıqla bağlı limitin artırılmasını təklif edib.
Bakupost.az-ın məlumatına görə, deputat Fazil Mustafa deyib ki, insanlar limitin artırılmasını istəyirlər: "Təklif edirəm ki, limitlər ən azı iki dəfə artırılsın. Xüsusən həyət evlərində yaşayanlar borcu ödəyə bilmirlər. Xahiş edirəm, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız”.
F.Mustafanın bu təklifinə deputatlar Qənirə Paşayeva və Tahir Kərimli dəstək verib.