Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qarabağ müharibəsi zamanı (1992-93-cü illər) indiki nazirlər harada olub? - TAM SİYAHI

Qarabağ müharibəsi zamanı (1992-93-cü illər) indiki nazirlər harada olub? - TAM SİYAHI


Birinci Qarabağ müharibəsi (1992-93-cü illər) dövründə düşmənlə döyüşənlərin əksəriyyəti peşəkar hərbçilər olmayıb.

Yeniavaz.com xəbər verir ki, onlar daha çox müxtəlif peşə sahiblərinin bir araya gəldiyi könüllü dəstələr şəkilində vurüşüblar. Həmin könüllülər arasında məşhur insanlar və onların övladları da olub. Ancaq onu da bildirək ki, tanınmış şəxslər, o cümlədən də bu gün yüksək vəzifə sahibi olan şəxslər arasında müharibədə iştirak etməyənlər də olub.

Oxucular üçün maraqlı olacağını nəzərə alaraq bu gün nazir vəzifəsində çalışan şəxslərin I Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak edib-etmdiyini araşdırdıq. 

Yeniavaz.com xəbər verir ki, hazırda nazir vəzifəsini icra edən şəxslərin heç biri I Qarabağ müharibəsində (1992-93-cü illər) iştirak etməyiblər:

- Daxili işlər naziri Ramil Usubov Nazirliyin Kadrlar İdarəsinin şöbə rəisi vəzifəsində çalışıb və o zaman 44 yaşı olub.

- Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib və o zaman 25 yaşı olub.

- Energetika naziri Pərviz Şahbazov Azərbaycanın Almaniyadakı səfirliyində attaşe vəzifəsində çalışıb və o zaman 23 yaşı olub.

- Ədliyyə naziri Fikrət Məmmədov Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru vəzifələrində çalışıb və o zaman 37 yaşı olub.

- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev orta məktəbdə oxuyub və o zaman 12 yaşı olub.

- Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvanda orta məktəbdə müəllim, daha sonra isə Özbəkistanda sahibkar kimi fəaliyyət göstərib və o zaman 31 yaşı olub.

- Gənclər və idman naziri Azad Rəhimov 1989-90-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-98-ci illərdə "Ros-İMESKO" MMC-nin baş direktoru vəzifələrində işləyib. Açıqlanan tərcümeyi-halında Azad Rəhimovun I Qarabağ müharibəsi (1992-93-cü illər) dövründə nə işlə məşğul olduğu bilinmir və o zaman 28 yaşı olub.

- Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində 1-ci katib vəzifəsində işləyib və o zaman 32 yaşı olub.

- İqtisadiyyat naziri Şahin Mustafayev "Spektr" kiçik müəssisəsində baş mühasib,  Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi vəzifəsində çalışıb. O zaman 27 yaşı olub.

- Kənd təsərrüfati naziri İnam Kərimov orta məktəbdə oxuyub və o zaman 15 yaşı olub.

- Maliyyə naziri Samir Şərifov Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində işləyib və o zaman 31 yaşı olub.

 - Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında baş müəllim vəzifəsində işləyib və o zaman 36 yaşıolub.

- Müdafiə naziri Zakir Həsənov Rusiya Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb və o zaman 33 yaşı olub.

- Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə orta məktəbdə oxuyub və o zaman 15 yaşı olub.

- Səhiyyə naziri Oqtay Şirəliyev Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışıb və o zaman 40 yaşı olub.

- Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət İqtisad İnstitutunda oxuyub və o zaman 19 yaşı olub.

- Vergilər naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində oxuyub və o zaman 16 yaşı olub.


Teqlər:
Bu xəbər cəmi 2435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR