Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Beş nazirliyin yol verdiyi qanun pozuntularının üstü açıldı – SİYAHI

Beş nazirliyin yol verdiyi qanun pozuntularının üstü açıldı – SİYAHI


Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan nazirlikləri və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb. 



Palatanın hesabatına əsasən, nöqsanlar Səhiyyə, Kənd Təsərrüfatı, Gənclər və İdman, Xarici İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində qeydə alınıb. 



Məlumatlara əsasən, 2018-ci ildə büdcə qanunvericiliyini Kənd Təsərrüfatı Nazirliyi üç, Gənclər və İdman Nazirliyi iki, Xarici İşlər Nazirliyi dörd, Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç dəfə pozub.



Əsaslı qoyuluşlar üzrə Səhiyyə Nazirliyində üç, Gənclər və İdman Nazirliyində üç, Əhalinin Sosial Müdafiəsi Nazirliyində üç nöqsan qeydə alınıb. 



Ötən il dövlət satınalmaları ilə bağlı Səhiyyə Nazirliyi dörd, Kənd Təsərrüfatı Nazirliyi üç, Gənclər və İdman Nazirliyi dörd, Xarici İşlər Nazirliyi iki nöqsana yol verib. 



Bundan başqa, mühasibat uçotu və hesabatlılıqla bağlı Səhiyyə Nazirliyində üç, Kənd Təsərrüfatı Nazirliyində iki, Gənclər və İdman Nazirliyində üç, Xarici İşlər Nazirliyində isə beş nöqsan qeydə alınıb. 



Xarici İşlər Nazirliyində ötən il vergi və gömrük qanunvericiliyinin pozulması üzrə üç nöqsan aşkarlanıb. 


Teqlər:
Bu xəbər cəmi 1710 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR