Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“JEK” sakinlərdən hələ də pul yığır: “Bizə deyirlər alın, biz də yığırıq”- FOTOFAKT

“JEK” sakinlərdən hələ də pul yığır: “Bizə deyirlər alın, biz də yığırıq”- FOTOFAKT


Suraxanı rayon Hövsan qəsəbəsində fəaliyyət göstərən “JEK”lər əhalidən adəti üzrə mənzil pulu yığmaqda davam edirlər. 



Bu haqda Cebhe.info-ya sakinlər məlumat verib. Məlumata görə, “JEK”lər vətəndaşlardan ev pulu yığmaq üçün mənzillərə bildiriş göndərir. Maraqlıdır ki, bildirişlərin üzərində möhür və imza yoxdur. Bildirişdə yalnız əlaqə nömrəsi və göndərilən “JEK”in nömrəsi yazılıb. Maraqlı məqam ondan ibarətdir ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “JEK”lərin mənzil pulu yığması qadağan edilib. Ölkə Prezidentinin 2018-ci il 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşirdi. 





Həmin Qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalinin öz üzərinə buraxılır. Məsələ ilə bağlı mənzillərə bildiriş göndərən 104 saylı MİKS-lə əlaqə saxladıq. “JEK”in əməkdaşı Cebhe.info-ya açıqlamasında məzil pulu yığdıqlarını təsdiqləsə də, baş mühasiblə danışmağımızı məsləhət gördü. “JEK” əməkdaşı ilə dioloqumuzu olduğu kimi təqdim edirik: 



- Sizi Cebhe.info saytından Vilayət Muxtar narahat edir. Bizdə olan məlumata görə, mənzillərə bildiriş göndərib sakinlərdən ev pulu yığırsınız. 



- Bəli, mənzil pulu yığırıq. 



- Bəs ötən il Prezidentin sərəncamı ilə mənzil pullarının yığılması qadağan edilib axı.



- Ammabizə deyilir ki, yığın. Baş mühasib burada yoxdur, olar siz sonra zəng edib onunla danışasız? Sabah saat 9-da burada olacaq. Çünki bizə deyirlər ki, ödəniş olunmalıdır, biz də məcburuq alaq. 


Teqlər:
Bu xəbər cəmi 5450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR