AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə keçmiş xüsusi müxbiri Mövsüm Aslanov özünə iş tapıb.
BakuPost xəbər verir ki, o, Ukraynada Azərbaycan Ticarət Evində çalışmağa başlayıb.
M.Aslanov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) yeni rəhbəri Rövşən Məmmədovun əmiri ilə bu ilin yanvar ayında vəzifəsindən azad edilmişdi. 25 illik fəaliyyətinə xitam verilən jurnalist, övladlarının Kiyevdə təhsil aldığına, uzun illər orada yaşadığına görə Bakıya qayıtmayacağını bildirmişdi.
M.Aslanovun çalışmağa başladığı Azərbaycan Ticarət Evi 22 iyun 2018-ci ildə açılsa da, hələlik heç bir fəaliyyəti nəzərə çarpmır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərməyi nəzərdə tutub.